Ömrümüz əbədi həyatdır, onunMaddi, mənəvi dünyası vardır.Baxır, sonsuzluğa baxa bilməyir,Hər kimin başına bu dünya dardır.

Yaşamaq, yaşatmaq mübarizədir,Budur məhək daşı işin, zəhmətin,Fəlsəfi fikirlər, səyyar xəyallarQartal qanadıdır şerin, sənətin.

Lakin quru sözə, ehkama dönürNə zaman fikirlər şeirsiz olur.Cəmiyyətdən uzaq, həyatdan uzaqUydurma fəlsəfə xeyirsiz olur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets