از در معرفت مگردان رویکام جویی، به شهر عرفان پوی

Döndərmə mərifət qapısından üz,Ürfan şəhərində gəz kamı, sözsüz.

کندرین گرد شهسوارانندعلم او را خزانه دارانند

Bil ki, bu şəhərdə çox çaparlar var,Allahın elminə çox xəznədar var.

به امانت ز حق پیام رسانسخن او به خاص و عام رسان

Haqdan əmanətlə xəbər gətirər,Onun sözlərini xalqa yetirər.

لطف حق درج در شمایلشانحرز و تعویذ حق حمایلشان

Haqq lütfü dərc olmuş xasiyyətində,Onu Haqq qoruyur himayətində.

نفسی جز به یاد حق نزنندجز به فرمان حق نطق نزنند

Haqqı yad etmədən çəkməz bir nəfəs.Haqq əmri olmadan bir söz söyləməz.

عون عصمت حصارشان گشتهروح و رحمت نثارشان گشته

Onların hasarı olmuşdur ismət,Onlara verilmiş ruh ilə rəhmət.

گر درآید به یادشان جز دوستبدرانند یاد خود را پوست

Keçsə xəyalından dostdan özgə kəs,Soyarlar xəyalın dərisini tez.

جز رخ او بهر چه در نگرندگر چه طاعت بود، گنه شمرند

Ondan qeyrisinə kim salsa nəzər,O, taət də olsa, günah bilərlər.

به ادب گشته مستقیم احوالدیده ور گشته در طریق کمال

Düz gedən olmuşlar ədəbləriləUzaqgörəndirlər kamalla belə.

پشت بر کار این جهان کردهآن جهان سود و این زیان کرده

Atıb bu dünyanı, saymışlar hamanO dünyanı fayda, bunusa ziyan.

برده خود را به گوشه‌ای بی‌برگروح تسلیم کرده پیش از مرگ

Ac-susuz məskəndir ona bir bucaq,Ruhu təslim etmiş ölümdən qabaq.

عشق آن دلستان به قوت درداشکشان سرخ کرده، رخشان زرد

Dərdinin gücüylə o ürəkalan,Üzünü saraltmış, yaşın etmiş qan.

دیده بر مرصد بشارت اوگوش بر رمز و بر اشارت او

Gözü xoş xəbərçün çəkir intizar,Qulağı gözləyir rəmzi biqərar.

گفته تکبیر سست پیوندیبر جهان و بر آرزومندی

Dünyaya, dünyanın arzularınaFatihə oxumuş, meyl etməz ona.

در صفتهای او نظر کردهز انجم و آسمان گذر کرده

Onun sifətinə nəzər salaraqOlmuşlar fələkdən, ulduzdan uzaq.

در خرابی بود عمارتشانوز سر نیستی امارتشان

Onlar abad olar viran olmaqdan,Varları yoxluqdan doğar hər zaman.

رخ پر از گرد و موی آشفتهترک دنیا و آخرت گفته

Saçlar dağınıqdır, qübardır üzü,Dünya, axirəti tərk etmiş, düzü.

حنظل از دست دوست باز خورندور تو شکر دهی به ناز خورند

Tez içər, dost ona versə də zəhər,Səndən nazla alar, versən də şəkər.

نه تبسم به جاه و مال کنندنه نشاط از نظام حال کنند

Nə mənsəb güldürər onları, nə mal,Nə işi düzəlsə olar xoşəhval.

بی‌نشان در نشست و خاست همهاز کژی دور و گشته راست همه

Hamısı nişansız oturub-durar,Əyrilikdən uzaq, düzlük ilə yar,

بر نپیچند رخ ز شارع شرعگوش دارند اصل او با فرع

Şəriət yolundan döndərməzlər üz,Onun hər sözünü dinlərlər, sözsüz.

هر چه‌شان دور دارد از در دوستگر بهشتست، خاک بر سر اوست

Onları nə dostdan edərsə uzaq,O cənnət də olsa, atarlar ancaq.

نظر از منزلی بلند کنندناپسند جهان پسند کنند

Uca bir mənzildən salarlar nəzər,Dünya sevməyəni onlar bəyənər.

چون کسی اندرین اصول رسدزود در پایهٔ وصول رسد

Çatsa bu məqama əgər bir adam,Vüsal pilləsinə tez çatar müdam.

جام انس و لقاش نوشانندخلعت اصطفاش پوشانند

Ona əbədilik camı verərlər.Peyğəmbər xələti geyindirərlər.

تا شود در حضور و غیبت اوهمه دلها ملا ز هیبت او

İstər hazır olsun, ya qeyb surəti,Dolar hər ürəyə onun heybəti.

یکدم از کار حق نپردازدچشم بر کار خود بیندازد

Haqq işi uğrunda çalışar hər an,Ancaq öz işinə heç baxmaz bir an.

از فلک هر چه میرسد به ظهوربر دل او کند نخست عبور

Göylərdən nə zahir olarsa əgər,Əvvəlcə onların könlündən keçər.

بگشاید ز فیض حاصل اوچشمهٔ علم غیب بر دل او

Onun əməlləri açıq-aşikar,Könlünə qeybdən qapılar açar.

هر چه از فیض او براندوزدبه دگر طالبان در آموزد

Hər nə öyrənərsə ilahi feyzdən,Axtaran kəslərə öyrədər qəlbən.

گر سخن سخت گوید و گر سستبه خدا گوید آنچه گوید رست

O, bərk də, ya boş da söyləsə sözü,Nə desə Allaha çevirər üzü.

هر کسی را که یافت قابل آنزودش آورد در مقابل آن

O görsə bir kəsin düz olduğunu,Tezcə hüzuruna aparar onu.

مرد کو هر مقام را دانستوارد خاص و عام را دانست

Hər şeyin yerini bilərsə insan,Xalqın ürəyinə yol tapsa hər an,

راه را جبرییل داند شدراهرو را دلیل داند شد

Yolun Cəbrayılı olar sərvəri,O, yol gedənlərin olar rəhbəri.

هر چه داند در آن ارادت حقباز گوید هم از افادت حق

Haqqa ibadətçün nə bilsə əgər,Onu başqalarçün təkrar eyləyər.

گر چه دانست، لاف بس نزندبی‌اجازت دلش نفس نزند

Əgər ağıllısa, artıq söz deməz.Qəlbi icazəsiz çəkməz bir nəfəs.

گاه پیدا کند خدای او راتا بدانند اهل رای او را

Allah gah hamıya göstərər onu,Ta bilsin aqillər kim olduğunu,

گه بپوشد ز دیگرانش رختا نبینند منکرانش رخ

Gah da başqalardan onu gizləyər,İnkarçı, üzünü görməsin deyər.

به خودش هر دم انتباه کندنهلد کش ریا تباه کند

Hər zaman oyadar özü yuxudan,Qoymaz, riya onu korlasın bir an.

زانکه شرک از ریا پدید آیددر هر فتنه را کلید آید

Dinsizlik riyadan törənər artar,Hər zaman fitnəyə o, qapı açar.

چون شود نفس او ز شرک تهیرخ نهد کار نفس او به بهی

Bir nəfs dinsizlikdən olarsa uzaq,Onun hər bir işi yaxşı olacaq.

سر او چون تمام نور شودمورد و مصدر امور شود

O zaman ki, başı nur ilə dolar,İşlərin başına o, başçı olar.

نور گیرد دلش به مایهٔ ذکرپرورشها کند به دایهٔ ذکر

Dolar ürəyinə zikr mayəsi,Ona təlim verər zikr dayəsi.

دل چو چندی درین مجاهده شدنظرش لایق مشاهده شد

Bu cür çalışarsa ürək bir zaman,Haqqı seyr etməyə yarayar insan.

در تجلی به نور غرق شودفرق او پای و پای فرق شود

O, nura qərq olar cilvələnərək,Başı ayaq olar, ayağı baş tək.

صفت او ازو فرو شویندز صفاتی دگر سخن گویند

Ondan sifətləri o yuyar özü.Başqa sifətlərdən başlayar sözü.

بر دلش داوری گذر نکندجز به روی یکی نظر نکند

Qəlbinə qeyrisi eyləməz güzər,Bir dəm başqasına o, salmaz nəzər.

تا به جایی رسد که خود نبودنقش نیک و نشان بد نبود

O yerə çatar ki, özü də olmaz,Yaxşıdan-yamandan əsla iz qalmaz.

جز دوام حضور نشناسدغیر از اشراق نور نشناسد

Əbədi hüzurdan özgə şey bilməz,Parıldayan nurdan özgə şey bilməz.

در نهایت رسد بدایت اوپر شود عالم از هدایت او

Onun başlanğıcı yetişər sona,Yayılar sözləri bütün cahana.

شقه‌های غطا براندازدتحفه‌های عطا در اندازد

Köhnə pərdələri qaldırıb atar,Bəxşiş, töhfələri eyləyər kənar,

بلکه خود هر دو سر شوند یکیبنماند دگر غبار شکی

İki baş birləşər bu qayda ilə,Onda şəkk-şübhədən qalmaz iz belə.

چون دویی دور شد ز دیده و گوشنیست ببیننده بهتر از خاموش

İkilik gözlərdən uzaqlaşandaİnsan yaxşı görər ancaq susanda.

مرد را جمله دل چو دیده شودقیل و قال از کجا شنیده شود؟

Kişinin ürəyi göz olsa əgər,Bu boş hay-küyləri hardan eşidər?!

پردلانی که این حقایق راباز دیدند و این دقایق را

Bax bu həqiqəti ürək ərləri,Görüb seyr etmişdir incəlikləri

پشت بر کار این جهان کردندآن جهان سود و این زیان کردند

Dünyanı ataraq saymışlar hər anO dünyanı xeyir, bunusa ziyan.

آنکه بر خویشتن کشید قلمنکشد بار بوق و طبل و علم

Hər kəs öz üstünə çəkərsə qələm,Təbil, bayraq yükü daşımaz bir dəm.

جان ایزدپرست را به ضمیرنگذرد یاد پادشاه و امیر

Haqpərəst bir kəsin könlündən heç vaxtKeçməz bir padişah, ya əmir olmaq.

هر که با کردگار کاری داشتدر دل خویش غیر او نگذاشت

Ulu Yaradana bağlansa hər kəs,Könlündə özgəyə yer verə bilməz.

از کلیم آنکه او بپرهیزدبه گلیم تو کی فرو خیزد؟

O kəs ki, Kəlimdən eyləyir pəhriz,Sənin kiliminə bürünməz, hərgiz.

گفته: «هذا فراق یا موسی»چون رود در جوال با موسی؟

“Ey Musa, ayrılıq budur” deyən kəs,Musayla bir yerdə çuvala girməz.

نظری زین بلندبینان بسچه نظر؟ کالتفات اینان بس

Bunlardan bir nəzər yetsə, bəs eylər,Nə nəzər?! İltifat etsə, bəs eylər.

هر چه داری به راهشان اندازخویش را در پناهشان انداز

Nəyin var, onların ayağına at,Özünü onların pənahına at.

پیش اینان به جز نیاز مبرشوخی و امتحان و آز مبر

Onların yanına niyazla get sən,Şıltağı, tamahı çıxar ürəkdən.

بنده نامان پادشاه اینندتاج بخشان بی‌کلاه اینند

Bax, bəndə adlanan sultan bunlardır,Tac verən, papaqsız olan bunlardır.

جام ایشان به سفله مست مدهدامن حبشان ز دست مده

Vermə camlarını alçaq məstə sən,Sevgi ətəyini buraxma əldən.

جان عارف به قرب اوست غنیچه کند یاد این جهان دنی؟

Onunla var görər arifin canı,Neyləyir yad edib alçaq dünyanı?!

چون نباشد ز جام عزت مستخنجر قربتی چنان در دست

İzzət badəsindən o, olar xumar,Çünki yaxınlıqda bir xəncəri var.

صاحب تخت و مالک تاجستبه لباس دگر چه محتاجست؟

Onun həm taxtı var, həm də ki tacı,Başqa bir paltara yox ehtiyacı.

هر که با این صفت نگردد جفتاو به خلوت نرفت و ذکر نگفت

Bu sifətlərlə cüt olmasa hər kəs,Xəlvətə çəkilib zikr edə bilməz.

سر توحید ازین گروه شنوورنه سرگشته در بدر میرو

Tovhidin sirrini bunlardan öyrən,Ya gəz qapı-qapı avaratək sən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love