بینش اوست غایت عرفاندانش او سرایت عرفان

Ürfanın axırı – onun görməsi!Ürfanın əvvəli – onun bilməsi!

نرسد کس به کنه معرفتشمگر از باز جستن صفتش

Onun sifətini axtarmayan kəs,Mərifətinə də yetişə bilməz.

احدیت نشان ذاتش دانصمدیت در صفاتش دان

Tək, vahid olmaqdır zatına nişan,Möhtac olmamaqdır həm ona nişan.

احدست او نه از طریق شمارصمدست او ولی ندارد یار

Sayca yox, o, özü ümumən təkdir.Yoxdur bir həmdəmi, həmişəlikdir.

صفت از ذات دور نتوان کردشرح این جز به نور نتوان کرد

Sifəti o zatdan olmaz ayırmaq,Nurla şərh edilər o, özü ancaq.

او ازین، این ازو جدا نبودگر نباشد چنین خدا نبود

O, bundan, bu, ondan əsla ayrılmaz,O, belə olmasa, heç Allah olmaz.

ذات او از صفت بدر دیدنکی توانی به چشم سر دیدن؟

Zatını sifətdən xaricdə, de, sən,Başdakı göz ilə necə görərsən?!

صفتش را به دل نشاید یافتدر صفاتش خلل نشاید یافت

Onun sifətinə bir tay tapılmaz,Onun sifətində bir nöqsan olmaz.

در صفاتش چو از صفا نگریهر چه بود او بود چو وانگری

Təmiz gözlə baxsan sifətinə sən,Görərsən hər nə var özüdür həmən.

دوربینان رخش چنین دیدندبه صفت در شدند و این دیدند

Gözlülər bu sayaq gördülər onu,Düşüb sifətinə gördülər bunu.

هر کرا هست بویی از صفتشبپرستند اهل معرفتش

Kimdə sifətindən iz olsa əgər,Mərifət sahibi sitayiş eylər.

از برای صفات او باشدبر در هر که گفتگو باشد

Harada söz-söhbət olsa aşikar,Onun sifətindən, zatından olar.

صفت اوست جان و مردم جسمصفت اوست گنج و خلق طلسم

Onun sifəti can, cismdir insan,Sifəti xəzinə, tilsimdir insan.

ذات ما را صفات اوست حیاتچون حیات صفات خلق از ذات

İnsan sifətinə zat verir həyat,Verir zatımıza sifəti həyat.

هر که او زین صفات عور شودهمچو چشمی بود که کور شود

Hər kəs sifətlərdən olarsa çılpaq,Kor olan bir gözə bənzəyər ancaq.

هر کجا قدرتست قادر هستبی‌شرابی کجا توان شد مست؟

Harda qüdrət varsa, orda qadir var,Şərabsız nə sayaq məst olmaq olar?!

هر کجا حسن بیش، غوغا بیشچون بدین جا رسی مرو زین پیش

Harda gözəllik çox, qovğa da çoxdur,Buraya çatdınsa, daha yol yoxdur.

عالمی زان جمال شیدا گشتکه نه پوشیده شد، نه پیدا گشت

Aləm camalına olmuşdur şeyda,Çünki nə gizlidir, nə də ki peyda.

گشت ظاهر که دل درو بندیماند باطن که در نپیوندی

Zahirə çıxdı ki, könül verəsən,Batində qaldı ki, ona yetmə sən.

دل به تحقیق حال او نرسدجان به کنه جلال او نرسد

Qəlb bilməz halını, həqiqətini,Can görməz o fərrin nəhayətini.

ذات او جز به نام نتوان دیدصفتش را تمام نتوان دید

Adından o yana görünməz o zat,Sifəti də bütün görünməz, heyhat.

گر چه با او به جان همی کوشندبیشتر در گمان همی کوشند

Düzdür, cani-dildən hamı atır can,Gümanla əlləşir onlar, bigüman.

صفت و ذات او قدیمانندنه صفت را نه، ذات را، مانند

Qədimdir sifəti, həm zatı, düzü,Bir sifətə, zata bənzəməz özü.

همه گیتی به ذات او قایمذات او با صفات او دایم

Bu dünya onunla qaim olmuşdur,Zatı sifətilə daim olmuşdur.

صفتش در هزار و یک پردستوز حساب آن هزار و یک فردست

Sifəti önündə min-bir pərdə varHesabda o min-bir bircədir aşkar.

سالها زحمتست و کار تراتا یکی گردد آن هزار ترا

Gərək illər boyu çəkəsən zəhmət,Ta mindən birinə, yetəsən fəqət.

دانش ذات جز بدو نتوانوان به تقلید و گفتگو نتوان

Zatı dərk edilməz olmadan özü,Təqlidlə, boş sözlə iş aşmaz, düzü.

صفتش را به فکر داند مردوندرین باب فکر باید کرد

Fikirlə bilinər sifəti hər an,Gərək fikirləşsin bu haqda insan.

با قدم چون حدث ندیم شودکی حدث پردهٔ قدیم شود؟

Necə yoldaş olar qədimlə yeni?!O, necə pərdəyə tutar köhnəni?!

ذات را غیر چون بپوشاند؟دیگ را آب چون بجوشاند؟

Zatı necə örtər qeyri, doğrusu?!Qazanı qaynada bilərmi heç su?!

نور خورشید از آنکه شد چیرهدیدنش دیده را کند خیره

Günəş göydən yerə od tökən zamanBaxanın gözləri qamaşar haman.

جستجویش به کو و کی نکنندبکش این پای تات پی نکنند

“Nə vaxtla”, “nə yerlə” kim tapar onu?Burdan çək ayağı, pis olar sonu.

احدست او نه از طریق عدداحدی فارغ از تکلف حد

O, təkdir, vahiddir, sayca yox ancaq,Vahiddir, hüduddan, hər saydan uzaq.

عقل و ادراک آفریدهٔ اوستدیدن عقل هم به دیدهٔ اوست

O, ağlı, idrakı yaratmış özü,Ağla da göz verir onun öz gözü.

نتوان دیدنش به آلت چشمنیست بر دیدنش حوالت چشم

Onu görmək olmaz gözlə heç zaman,Gözə verilməmiş bu hal binadan.

نور چون گردد از نهایت فردبکماهیش ضبط نتوان کرد

Nur sonsuzluğuyla əgər olsa tək,Onu olduğu tək olarmı görmək?!

حال آن نور و دیدهٔ اوباشآفتابست و دیدهٔ خفاش

O nurla yolunu azmışın gözü,Günlə yarasanı andırır, düzü.

نی، چه گفتم؟ چه جای این سازست؟دوست پیدا و دیده‌ها بازست

Yox! Yox! Nə söylədim, nədir bu sözlər!Dost aşikardadır, açıqdır gözlər!

در تو و دیدن تو خیری نیستورنه در کاینات غیری نیست

Sənin görməyinin yoxdur bir xeyri,Yoxsa kainatda yox ondan qeyri.

نیست، گر نیک بنگری، حالیدر جهان ذره‌ای ازو خالی

Görərsən, diqqətlə baxsan bircə an,Dünyada bir zərrə gen deyil ondan.

سخن عشق کم خریدارستورنه معشوق بس پدیدارست

Eşqin sözlərinə yoxdur xəridar,Yoxsa ki, məşuqə durur aşikar.

حاصل این حروف و دمدمه اوستهمه محتاج او و خود همه اوست

Bu sözün məhsulu bax odur, düzü,Hamı ona möhtac, hər şeydir özü.

تا ز توحید او نگردی مستندهد رتبت وصولت دست

Onun vəhdətindən sərxoş olmasan,Vüsal məqamına çatmazsan bir an.

زمره‌ای کین اصول میداننداین نظرها وصول میخوانند

Bu işin kökünü bilən insanlarBuna “vasil olmaq” deyirlər onlar.

ورنه مخلوق چون خدا گردد؟بجزین مایه کاشنا گردد

Aşina olmadan, söylə, nə sayaqBir məxluq çevrilib Xaliq olacaq?!

نور او قاهرست و سوزندهزو دگر نورها فروزنده

Nuru qəhr eyləyən, yaxandır müdam,O nurdan nur alır nurlar da tamam.

آتشی کش تو بر فروخته‌ایوندرو خشک و تر بسوخته‌ای

Lakin sən yandıran o od, o ocaqYaş ilə qurunu yandırar ancaq.

چونکه از نور داشت قوت و هنگکرد با خویش جمله را یکرنگ

Gücü aldığıyçün hər şey o nurdan,Nə var öz rənginə salmış Yaradan.

تا تو همرنگ آن پری نشویاز هلاک و فنا بری نشوی

Sən həmrəng olmasan o pəri ilə,Qurtara bilməzsən fənadan belə.

زر خالص چو رنگ نوری داشتتن او از هلاک دوری داشت

Qızıl olduğuyçün nur rəngli, parlaq,Bədəni həlakdan olmuşdur uzaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets