ای شب و روز عالم از تو بسازشب و روزی به کار ما پرداز

Sən ey rövnəq verən gecə-gündüzə,Bir gecə-gündüz də nəzər sal bizə.

شب نگاهی درین معانی کنروز لطفی چنانکه دانی کن

Gecə bu mənaya bir yetir nəzər,Gündüz necə bilsən, elə lütf göstər.

حبذا از چنان دل افروزی !اتفاق چنین شب و روزی

Ürəklər oxşayan o kəsə əhsən.Əhsən, bu gecəyə, gündüzə, əhsən!

صاحبا، در شب سعادت خوابمکن و روز نیک را دریاب

Səadət gecəsi yatma, ey ağa!Çalış, xoş günlərdən bəhrə almağa.

که وجودت به جود فربه بادروزت از روز و شب ز شب به باد

Kökəlt vücudunu kərəminlə sən,Gün-gündən xoş olsun gündüzün, gecən!

تحفه کین مفلس فقیر آورددر پذیر، ارچه بس حقیر آورد

Ərməğan gətirmiş sənə bu fəqir,Qəbul et, olsa da çox kiçik, həqir.

تو که بر فرق آسمان تاجیبه متاع زمین چه محتاجی ؟

Göylərin başına sənsən qızıl tac,Yerin mətaına deyilsən möhtac.

گر علومست در نوشتهٔ تستور سلوکست سر گذشتهٔ تست

Sənin yazdığındır nə qədər elm var,Başından keçəndir qayda-qanunlar.

نه بدان آورندت اینها پیشکه شود دانشت به اینها بیش

Bunu vermirik ki, oxuyaraq sənElmdə, bilikdə təkmilləşəsən,

سخن از خواندنت به کام رسدچون به نام تو شد به نام رسد

Sən oxu, söz yetər onda murada,Adınla yetişər o da bir ada.

کاملی را که بنگری از دورگرچه خامل بود، شود مشهور

Kamil bir adama sən salsan nəzər,Ad-sansız olsa da, tez şöhrətlənər.

صوت صیت تو در جهانگیریبر صدای فلک کند میری

Dünyanı tutmaqda şöhrətin, inan,Göylərə ağalıq edir, bigüman.

قید اقبال در سر قلمتمرکز فتح سایهٔ علمت

İqbal qələminin ucundadır, bax!Zəfər mərkəzidir tutduğun bayraq!

مستی خواجگان همنامتدر دو گیتی ز جرعهٔ جامت

Sənin dostlarını məst edər tamam,Hər iki dünyada verdiyin bir cam.

بر تو خوردی ازین جهانداریکه بزرگی ز آسمان داری

Ağalıq barını sən yedin hər an,Sənə böyüklüyü vermiş asiman.

بدعا خواستست شاه ترازان پرستد همی سپاه ترا

Duayla tapmışdır səni şah özü,Odur, qoşun sənə baş əyir, düzü,

با تو همراه کرده‌اند از غیبسروری، چون کف کلیم از جیب

Qeybdən Musaya möcüz bəxş edənSənə də böyüklük vermişdir həmən.

ای همه ناز و نوشها بتو خوشناز ما نیز وقتها میکش

Ey nazı-nuşları tamam xoş olan,Bizim nazımızı gəl çək bircə an.

طرفه باشد چو موی بر دیباناز کردن ز روی نازیبا

Əcəbdir, üstündə tük olsa ipək,Əcəbdir, çirkinin nazını çəkmək.

من درین سالها که بی توشهکرده بودم زاین و آن گوشه

Yoxsul yaşadığım bu illərdə mənQaçdım bir bucağa dünyadan həmən.

ارغنون غمت نواخته‌امبدعای تو سر فراخته‌ام

Qəminin sazını tutub çalmışam,Sənə, baş qaldırıb dua qılmışam.

خانه پرور ز سایه گوید و نورعاشقانرا چه غیبت و چه حضور؟

Avamlar danışar kölgədən, nurdan,Aşiq uzaq olar qeybət, hüzurdan.

مردم این جهان و مرد تویینوش داروی اهل درد تویی

Dünyanın gözünün ziyası sənsən!Dərdə düşənlərin dəvası sənsən!

آن مبین کم سریست یا پاییست؟بشنو کین سخن هم از جاییست

Əlsiz-ayaqsızın, baxma, biridir,Eşit, bu sözlərin, düzü, yeridir.

گر قبول اوفتد رهینم و شادو گرش رد کنی، بقای تو باد

Əgər qəbul etsən, şad, minnətdaram,Rədd etsən, yenə də sən var ol müdam.

نه که هر مهره‌ای گهر باشدکار درویش ما حضر باشد

Gövhər ola bilməz hər möhrə, aşkar,Dərvişin nəyi var açıqda olar.

چشم کردی بروی هرکس بازنظری هم بدین غریب انداز

Hamının üzünə nəzər salmısan,Bir mən qəribə də nəzər sal bir an.

من چگویم : چه کن؟ تو میدانیمددم کن بهر چه بتوانی

Sən özün bilərsən, nə gərək demək,Nəylə bacarırsan elə et kömək.

نظری کن به حال من زین بهزانکه من هم رعیتم در ده

Yaxşı bir nəzər sal əhvalıma sən,Sənə rəiyyətəm bu kənddə həm mən.

ده نشینی چه دیگ جوشاند ؟جامهٔ مدح در که پوشاند ؟

Bir kəndli haradan qazan qaynadar?O, kimə geydirər mədhdən paltar?

این چنین فضل و خلق باید و خویتا توان باخت در معانی گوی

Gərək bu fəzldə ola bir insan,Məna meydanında top oynadasan.

از تو گیرد سخن فروغ چو شمعکه بر تست کل معنی جمع

Söz səndən nur alar, yanar sanki şam,Sənin yanındadır mənalar tamam.

مصر جامع تویی معانی راپادشاهی و پهلوانی را

Düzü, igidliyin, şahlığın, əslən,Bir də ki mənanın mərkəzi sənsən.

هرکجا این چنین کمالی هستنطق را اندرو مجالی هست

Harda ki belə bir kamal əhli var,Orada özünə söz meydan tapar.

تا کنونم نبوده ممدوحیآب توفان آز را نوحی

Hələ heç kəs mənə olmamış məmduh,Həm tamah tufanım görməmiş bir Nuh.

چون رسید این سفینه بر جودیعرضه افتد به لحن داودی

İndi ki, Cudiyə çatdı bu gəmi,Mən gərək oxuyam Davud nəğməmi.

در زبور سخن مناجاتممشتمل بر فنون حاجاتم

Mən söz “Zəbur”unun münacatıyam,Hər şeydən yoxsulam, möhtacam tamam.

بنوازم به قدر و اندازهتا برون آورم تر و تازه

Öz qədrimə görə oxşa məni sən,Onda yeniliklər yaradaram mən.

از نورد سخن نسیجی چندوز رصدگاه فضل زیجی چند

Mənzillər açaram söz meydanında,Təqvim yaradaram hünərlə onda.

گرچه از سیرت هنر پوشیتن فرو داده‌ام به خاموشی

Hünər gizləməkdən, doğrusu, mənimSükuta qərq olmuş tamam bədənim.

دگر اندر خروشم آوردندهمچو دریا به جوشم آوردند

Ancaq gətirdilər məni tüğyana,Dərya tək uğradım yenə tufana.

سخن اوحدی، که میدانیاندرین روزگار ارزانی

Əvhədi sözütək sözü, bilirsən,Bu söz ucuz olan zamanda, əslən,

کم به دیوان برند مانندشور مدون شود، بخوانندش

Divan qapısına aparırlar az,Divana toplansa, oxunar qalmaz.

هر مگس انگبین چه داند کرد؟جز مگس انگبین تواند خورد؟

Hər arı, doğrusu, bal düzəltmir bax!Eşşək arıları bal yeyər ancaq.

مگسی انگبین چو ماه کندمگسی دیگرش تباه کند

Aytək bal düzəltsə əgər bir arı,Başqa bir arısa korlar onları.

این سخنهای بکر پروردهمهل امروز در پس پرده

Bakir bəslənmişdir bu sözlər, inan,Sən onu pərdədə qoyma gəl, aman!

شعر نوری ز عرش زاینده استزان چو عرش استوار و پاینده است

Şeir ərşdən gələn bir nurdur tamam,Möhkəm, əbədidir ərş kimi müdam.

فیض باید به آسمان قایمتا بماند چو آسمان دایم

Feyzi asimana olarsa dayaq,Həmişəlik olar asiman sayaq.

گرچه فوجی به شعر مشهورندپیش عقل از حساب ما دورند

Məşhursa çoxları, düzü, şair tək,Aqillər yanında heçdirlər, gerçək.

اندرین جام کن به لطف نگاهتا ببینی چو بیژنم در چاه

Lütf ilə, kərəmlə bu “Cama” bax sən,Görərsən quyuda qalmışdır Bijən.

ای که کیخسرو زمانی توکی روا باشد ار ندانی تو؟

Dövrün Keyxosrovu ola-ola sən,Bunu, rəva deyil, əgər bilməsən,

بیژن شیر خفته در زندانکنده گرگین بی‌هنر دندان

Şir öldürən Bijən quyuda dustaq,Qorxaq Qorgindədir dişlərsə ancaq.

داری این جام و این گلستان رابدر افگن سفال مستان را

İndi ki bu camın, gülüstanın var,Məstlər saxsısını tez tulla kənar.

چون چراغیست این صحیفهٔ نورشده نزدیک ازو منور و دور

Bir nur səhifəsi yanar bir çıraq,Onunla nurlanır hər yaxın, uzaq.

کش برافروختم به روغن روحآخر شب به بزمهای صبوح

İxlas məclisində, bil ki, onu mən,Ruhumun yağilə yandırdım həmən.

هر کرا باشد این چنین گنجیبرده باشد به حاصلش رنجی

Hər kimin bir belə xəzinəsi var,Yolunda əzaba çox dözmüş olar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets