Jam-i Jam, chapter 24
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
وین چهار آخشیج را به درستچون پدید آمد امتزاجی رست
Elə ki, dörd ünsür möhkəm sarışdı,Tamam bir-birinə onlar qarışdı.
نفس روینده رام ایشان شدجنبش راست کار ایشان شد
Göyərən nəfs oldu tabe onlara,Üz tutdu onlara gedən yollara.
شغل این نفس را به طبعی راستهشت قوت به خادمی برخاست
Nəfs öz büsatını elə ki, qurdu,Səkkiz kəs önündə xidmətdə durdu.
قوت جذب و قوت امساکقوت هضم و دفع، بشنو پاک
Cazibə qüvvəti, qovmaq qüvvəti,Dəf etmək qüvvəti, həzm qüdrəti,
غاذیه، نامیه، مولده همگشته با قوت مصوره ضم
Göyərmək, törətmək, qidalanmaq var,Əks etmək gücüylə birləşdi bunlar.
پس طبیعت به نقش بندی دستبر دو نقش از هزار گونه ببست
Mahir bir rəssam tək təbiət, düzü,Bu iki naxışla çəkdi min üzü.
شد به صحرا او کوه بر، جا تنگاز گل و یاسمین رنگارنگ
Rəngarəng yasəmən, güldən oldu darTəpələr, dərələr, çöllər, səhralar.
مدتی سبز شد نبات و بلندزرد شد بعد از آن و تخم افگند
Bitkilər göyərdi, başı ucaldı,Saraldı, sonra da o, toxum saldı.
تا گر او ز اختلاف گردد سستمثل او از زمین تواند رست
O, zaman keçdikcə məhv olsa əgər,Yerində təzəsi bitib göyərər.
چون که زایل شد اختلاف مزیجشجر آهنگ نشو کرد و بسیج
Artıb çoxaldıqca bu birləşmələr,Ağaclar boy atdı, açdı çiçəklər.
گشت روینده گونه گونه درختبی بر و میوهدار و نازک و سخت
Böyüdü, çoxaldı növ-növ ağaclar.Bəzi barsız oldu, bəzi verdi bar.
آبش از بیخ شد روان سوی شاخشاخ و برگش دراز گشت و فراخ
Kökündən su aldı qolu-budağı,Uzandı, enləndi şaxı yarpağı.
آبخور بیخ و شاخ و خارش گشتو آن دگر جمله برگ و بارش گشت
Budağı, tikanı, kökü su içdi,Başqa yerlərində meyvə yetişdi.
بارها را نگاهداشت به برگز ابر و باران و برف و باد تگرگ
Qalxan düzəldərək o, yarpaqlardan,Qorudu barını yağışdan, qardan.
و آنچه بیبار بود و کجرو گشتساختندش به بیشهها انگشت
Əyricə bitdilər barsız olanlar,Kəsilib kömürə çevrildi onlar.
و آنچه از میوه بود بر وی باردامنش پاک شد ز سنگ و ز خار
Budağı meyvəylə yüklənmiş olanQorundu tikandan, daşdan hər zaman.
پرورش دید و سر بلندی یافتدر چمن نام ارجمندی یافت
Bəsləndi, şöhrəti göyə ucaldı,Bağ-bağça içində yüksək ad aldı.
چون ز قسمت گرفت رستن بهریا غذا بود، یا دوا، یا زهر
Onun qismətinə bu düşdü haman,O, ya bir yem oldu, zəhər, ya dərman.
Kitabxana.az · https://kitabxana.az/en/works/ovhadi-cami-cem-24
Use ← → keys to move, R for a random poem