ظلمت ظلم تیره دارد راهعدل باید جناح و قلب سپاه

خانهٔ ظالمان نه دیر، که زودبه فضیحت خراب خواهد بود

دود دل خانه سوز ظالم بسبد کنش را همان مظالم بس

ظلم تاریک و دل سیه کندتعدل رخشنده‌تر ز مه کندت

مرد را ظلم بیخ کن باشدعدل و دادش حصار تن باشد

چه جنایت بتر که خون خوردن؟وانگه از حلق هر زبون خوردن

نیست در بیخ دولت اینانتبری چون دعای مسکینان

تو نترسی که باغ سازی و تیمخرج آن جمله از خراج یتیم؟

باغ خود را نچیده گل بیوهبرده سرهنگ هیزم و میوه

شب تاریک دوک رشتن اوروز نانی به خون سرشتن او

وانگهی ظالمی چنین در پیتیغ دفع بدان تویی،یا حی

پیره‌زن نیمشب که آه کندروی هفت آسمان سیاه کند

وای بر خفتگان خونخواران!ز آفت سیل چشم بیداران

بس که دیدم دعای پیرزنانکه فرو ریخت خون تیرزنان!

گر به یک حبه ظلم ورزی توبه حقیقت جوی نیرزی تو

از تو گر دیده‌ای پر آب شودملکت از سیل آن خراب شود

مهل، ای خواجه، کین زبونگیرانشهر وارون کنند و ده ویران

چو ضرورت شود معاون کارملک خود را به عادلان بسپار

چه کنی بر قلم زنان دغلتکیه بر عقد ملک داری و حل؟

قلمی راست کرده در پس گوشچشم بر خردهٔ کسان چون موش

حلق درویش را بریده به کلکمال و ملکش کشیده اندر سلک

نشناسد که: کردگارش کیست؟نه بداند که: اصل کارش چیست؟

علم دانستن فقیر و نقیرعلم ازردن یتیم و صغیر

گر ترا تیغ حکم در مشتستشحنه کش باش دزد خود کشتست

دزد را شحنه راه رخت نمودکشتن دزد بی‌گناه چه سود؟

دزد با شحنه چون شریک بودکوچها را عسس چریک بود

چون سیاست نباشد اندر شهرندرخشد سنان و خنجر قهر

نیم شب کرد بر کریوه روددزد بر بام طفل و بیوه رود

همه مارند و مور،میر کجاست؟مزد گیرنده، دزدگیر کجاست؟

راه زد کاروان و ده را کردشحنهٔ شهر مال هر دو ببرد

بر حرامی چو شحنه شد خندانبه حرم دان فرو برد دندان

چون کمان رئیس شد بی‌زهنتوان خفت ایمن اندر ده

شهر وقتی که بی‌عسس باشدچین ابروی شحنه بس باشد

تیغ حاکم حصار شهر بودداروی درد فتنه قهر بود

سر دزدان که میوهٔ دارستبر تن آسوده پارهٔ کارست

دزد را جای بر درخت بهستپاسبان را نظر به رخت بهست

بتو معمور داده‌اند این ملکبه خرابی مهل، که گیرد کلک

تا رخ این زمین نخاری توبجز از خار و خس چکاری تو؟

گر نه این میوه‌ها به بار آیدباغ را از کلم چه کار آید؟

همه اندر تراش چون تیشهکی بماند درخت این بیشه،

گوشت دهقان به هر دو ماه خوردمرغ بریان چریک شاه خورد

دست دهقان چو چرم رفته ز کارده خدا دست نرم برده که: آر

دو سه درویش رفته در درهپی گوساله و بز و بره

شب فغانی که: گرگ میش بردروز آهی که؟ دزد خیش برد

تو پر از باد کرده پشم بروتکه کی آرد شبان پنیر و قروت؟

ای که بر قهر دیگران کوشیبهر خود گاو دیگران دوشی

هیچ در قهر خود نخواهی شدحاکم شهر خود نخواهی شد

هر که بر نفس خود مسلط نیستنیست سلطان و اندرین خط نیست

پادشاهی نگاه داشتنستدیده و دل به راه داشتنست

اندرین تن، که ملک خاص تواستگر تو شاهی کنی، خلاص تواست

شاهی تن ز اعتدال بودبه طلب کردن کمال بود

کردن او را به شرع و عقل دوانپسندیدن آنچه نیست روا

اندرین شوکت و جوانی خودشیر مردی و پهلوانی خود

بر وجود خود ار ظفر یابییا خود این روز رفته دریابی

زندهٔ جاودانه باشی توشیر مرد زمانه باشی تو

گر چه ترشست و تلخ گفتن حقشوربختیست هم نهفتن حق

سخن ار دل شکن نباشد و سخترهنمایی کجا کند سوی بخت؟

هر چه گفتم اگر نگیری یادروز ما بگذرد، شبت خوش باد

Zülmün zülmətindən zülmət olar yol,Ədalət olmalı qoşuna sağ-sol.

Zalımların evi çox çəkməz, aşkar,Rüsvayçı şəkildə olar tarimar.

Yandırar evini ürək ahları,Məhv edər əməli o zülümkarı.

Qəlbiqara edər zülm insanları,Ədl isə eyləyər aydan da arı.

Zülm özü insanın kökünü kəsər,Ancaq ədalətdir bədənə çəpər.

Böyük alçaqlıqdır qan içmək, gerçək.Xüsusən, acizin qanını içmək.

Kəsməkçün kökünü belə dövlətinMəzlumun duası baltadır yəqin.

Karvansara tikdin, saldın bağça-bağ,Ancaq yetimlərdən xərac yığaraq.

Dul qarı bağından dərməmiş çiçək,Meyvə və odunu daşıyır sərhəng.

Qaranlıq gecələr iy əyirər tək,Gündüzlər qanilə qazanar çörək.

Sonra da bu zülmə düçar olar, ah!Özün qılıncı ol pislərin, Allah!

Qarı gecə yarı ah çəksə, düzü,Ahından qaralar göylərin üzü.

Vay bu qan içərək yuxlayanlara!Xalqın göz yaşından qorxmayanlara!

Görmüşəm – duayla yazıq bir qarıQana qəltan etmiş ox atanları.

Birdən sən zülm etsən eşit bu sözü,Özün bir arpaya dəyməzsən, düzü.

Əgər yaş tökdürsən bir gözə bir an,Ölkən yaş selindən olacaq viran.

Ey şah, zalımlara vermə ixtiyar,Şəhəri talayıb, kəndləri çapar.

Sənə lazım olsa köməkçi əgər,Cəlb olsun bu işə ədaləlilər.

Hiyləgər katiblər nəyinə gərək?!Sən ədlə arxalan, onlardan əl çək.

Taxmış qulağına onlar qələmi,Pusquda durmuşlar bir siçan kimi.

Yoxsulu məhv edib qələmi iləMalını, mülkünü keçirər ələ.

Xəbəri yoxdur ki, kimdir Yaradan,Əsil məqsədini düşünmür bir an.

Çığırda-bağırda elmi var ancaq,İşidir yetimi, yoxsulu soymaq.

Qanunun qılıncı səndəsə əgər,Sən darğanı öldür, oğru tez ölər.

Yolları oğruya deyər darğalar,Oğrunu asmağın nə faydası var.

Oğru darğa ilə şəriksə, düzü,Küçəni gözləyər darğanın özu.

Qayda və qanundan gen olsa şəhər,İntiqam deyərək qalxmasa xəncər,

Dəhlizə soxular kürd gecə yarı,Talayar oğrular dul qadınları.

İlan, qarışqa çox, adil əmir yox!Oğru tutan yoxdur, maaş alan çox!

Kürd kəsdi yolunu kənd karvanının,Ona sahib oldu özü darğanın.

Oğrunun üzünə gülsə darğalar,Onlar tez özünü hərəmə soxarj.

Rəisin kamanı yaysız olsa, bax,Kənddə rahatlıqla olarmı yatmaq?!

Əgər gözətçisiz olarsa şəhər,Darğa bir qaş çatsa işlər düzələr.

Şahın qılıncıdır şəhərə hasar,Fitnə azarına dərman-ölüm, dar.

Dara çəkilməsə oğru bir adam,Demək, qayda-qanun pozulmuş tamam.

Yaxşıdır, oğrular çəkilsə dara,Keşikçi göz olsa dövlətə-vara.

Sənə bu ölkəni vermişlər abad,Onu bu qaydayla eyləmə bərbad.

Torpağın üzünü didəndən bəri,Söylə nə əkmisən tikandan qeyri.

Bağı bəzəyərlər gül, meyvə ilə,Yoxsa bir kələmlə iş aşmaz belə.

Hamı balta kimi yonur durmadan,Qalmaz bu meşədə heç ağac, aman!

Kəndli iki ayda ət yeyər bir yol,Gündə toyuq yeyər darğalar bol-bol.

Kəndlinin əlləri dönmüşdür gönə,Ağa əl açaraq deyir “ver yenə”.

Çörək yeyəcəksən belə nə qədər,O çat-çat əllərə bir eylə nəzər.

Çöllərə düşərək iki-üç adam,Buzov, keçi qovur hey səhər-axşam.

Gecə qurd əlindən eyləyir fəryad.Gündüz “xışım gedər”, – deyə çəkir dad.

Sən də dağarcığa doldurub külək,Deyirsən yağ-qurud gəlirmi görək.

Sən ey başqasını cəzalandıran,Özgə inəyini sağan hər zaman,

Cəza verəcəksən özünə haçan?!Heç öz şəhərinə şah olacaqsan?!

Nəfsinə qələbə çala bilməyən,Şahlıq cərkəsindən uzaqdır, əslən.

Şahlıq qorumaqdır ölkəni, düzü,Gərək yolda olsun könlü və gözü.

Xüsusi mülkündür sənin bu bədən,Sənə nicat verər düz şahlıq etsən.

Bədənə şahlıqdır qayda gözləmək,Kamalın hökmünü düzgün izləmək.

Şəriət, ağılla et ona dərman,Yaramaz şeyləri bəyənmə bir an.

Özünün calallı, cavan çağında,Pəhləvan çağında, aslan çağında,

Bacarıb cisminə qələbə çalsan,Hər günü mənalı sən yola salsan,

Əbədi bir həyat taparsan müdam,Dövrün şiri-nəri olarsan tamam.

Çox acı olsa da, demək haqq sözü,Haqqı gizlətmək də pis işdir, düzü.

Söz möhkəm və acı olmasa əgər,O, bəxtin yolunu hardan göstərər?!

Fikir verməsən də sözlərimə sən,Günümüz keçəcək, xoş qalsın gecən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets