Jam-i Jam, chapter 35
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
رفت کسری ز خط شهر به دشتبا سواران ز هر طرف میگشت
Kəsra bir gün çıxdı şəhərdən çölə,Gəzdi hər tərəfi atlılar ilə.
گلشنی دید تازه و خندانتر و نازک چو خط دلبندان
Gördü üzə gülən, təzə bir gülşən,Gözəl bir qız kimi gözəldi həmən.
پر ز نارنج و نار باغی خوشزیر هر برگ آن چراغی خوش
Doluydu narıncla, nar ilə o bağ,Hər yarpaq altında yanırdı çıraq.
گفت: کاب از کدام جویستش؟که بدین گونه رنگ و بویستش
Dedi: – Hardan içmiş suyu bu gülzar,Ki, belə xoş ətri, gözəl rəngi var.
باغبانش ز دور ناظر بودداد پاسخ که نیک حاضر بود
Qıraqda dayanıb baxırdı bağban.Şahın cavabında o dedi haman:
گفت: عدل تو داد آب او رازان نبیند کسی خراب او را
– Sənin ədalətin su vermiş ona,Onunçün görməyir heç kəs virana.
پادشاهی به زور باشد و مردمرد را مال دوست داند کرد
Padişah ədlilə kişi sayılar,Kişi də malilə hörmətli olar.
مال کس بیعمارتی ننهادوین عمارت به عدل باشد و داد
Abadlıq olmasa, olmaz var-dövlət,Abadlıq gətirər daim ədalət.
از عمارت نظر مدار دریغبیرعیت چو آب باش و چو میغ
Heç vaxt abadlıqdan çəkmə gözünü,Xalqla su, bulud tək apar özünü.
ملک معمول و گنج مالامالبر کشد تخت را به گردون بال
Xəzinə dolusa, ölkə də abad,Taxtına göylərdə açdırar qanad.
شاه بیشهر چون ستاند باجشهر بیده زبون شود ز خراج
Şəhərsiz padişah hardan alar bac,Kəndsiz də şəhəri, məhv edər xərac.
طلب عدل کن ز شاه و وزیرگو مدان نحو و حکمت و تفسیر
Əgər bilməsə də təfsir, nəhv, hikmət,Sən şahdan, vəzirdən istə ədalət.
نحوشان عمر و وزید را شایدعدلشان عالمی بیاراید
Sən nəhvi Əmr ilə, gəl Zeydə burax,Şahlar ədalətçün yaşasın ancaq.
شاه مهر و وزیر ماه بودزین دو آفاق در پناه بود
Əgər vəzir aysa, bir günəşdir şah,Bu dünya onlara gətirmiş pənah.
شب چو رفت آفتاب در پردهمه نیابت کند دو صد مرده
Gün gedib pərdədə gizlənən zamanAy canişin olar yerində haman.
ملک را شب وزیر نام اندوزحارس و پاسبان بود تا روز
Mülkə yaxşı vəzir uzun gecələrGözətçilik edər səhərə qədər.
نصب این هر دو کردگار کندنه ز رو مرد بیشمار کند
Onlara iş verib haqq işlə, dedi,Qızıl, gümüş üçün öl söyləmədi.
نشود طالع اختر شاهیبیوجود مدبر داهی
Dahi bir tədbirçi olmasa əgər,Şahlığın ulduzu tez sönüb gedər.
خنجر خسروست و کلک وزیرسپر ملک روز گیراگیر
Vəzirin qələmi, şahın xəncəriHər zaman ölkənin olar sipəri.
شاه باشد به روز عدل چو باغمرشب فتنه را وزیر چراغ
Şah ədalət günü olar sanki bağ,Fitnə gecəsində vəzir bir çıraq.
وزرا ملک را امینانندکار فرمای دولت اینانند
Mülkün dayağıdır daim vəzirlər,Dövləti idarə onlar edirlər.
وزرایی، که مرکز جاهندآسمان قبول را ماهند
Calal mərkəzində duran bu canlarQəbul göylərinin ayıdır, aşkar.
گر نسازند کار درویشانوزر باشد وزارت ایشان
Yoxsulun işinə düz baxmasalar,Onlar vəzir deyil, günahkar olar.
خلق صد شهر گشته سر گرداندر پی خواجه در بدر گردان
Yüz şəhərin əhli olub avara,Xacəni gəzirlər hey sora-sora.
پی ایشان هزار دل در تستکام این بیدلان بباید جست
Tikilib yoluna onların min göz,Xacədən umurlar xoş bir baxış, söz.
روی چندین هزار دل در تستکام این بیدلان بباید جست
Sənə üz çevirmiş minlərlə ürək,Onların qəlbini oxşamaq gərək.
کار ایشان به دست خویش بسازمرهم سینههای ریش بساز
Gərək işlərinə verəsən sahman,Dərdli ürəklərə edəsən dərman.
خیر تاخیر بر نمیتابدخنک آنکس که خیر دریابد
Xeyiri yubatmaq de nəyə gərək?!Xeyiri anlayan xoşbəxtdir, gerçək.
چشم گیتی تویی، مرو در خوابفرصت از دست میرود، دریاب
Dünyanın gözüsən, burax qəfləti,Sayıq ol, əlindən vermə fürsəti.
Kitabxana.az · https://kitabxana.az/en/works/ovhadi-cami-cem-35
Use ← → keys to move, R for a random poem