Jam-i Jam, chapter 64
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
چو به کسب علوم داری میلاز همه لذتی فرو چین ذیل
Əgər sən istəsən bir elm öyrənmək,Bütün ləzzətlərdən əllərini çək.
تن به دود چراغ و بیخوابیننهادی، هنر کجا یابی؟
Gecələr udmasan çıraq türtüsü,Hardan öyrənərsən sən elmi, düzü.
از پی علم دین بباید رفتاگرت تا به چین بباید رفت
Elm, din dalınca lazımsa getmək,Lap Çinə qədər də gedəsən gərək.
علم بهر کمال باید خواندنه به سودای مال باید خواند
Elm oxu dünyada kamaldan ötrü,Oxuma dövlətdən, ya maldan ötrü.
علم کان از پی تمامی نیستموجب نشر نیک نامی نیست
Elmi kamillikçün öyrənməsən sən,Yaxşı ad gətirməz o, sənə, əslən.
هر که علم از برای زر طلبددانش از بهر نفع و ضر طلبد
Elmi öyrənirsə kim zərdən ötrü,Biliyi xeyirdən, zərərdən ötrü,
یا خطیب دهی شود پر جهلکه ندانند اهل از نااهل
Bir kəndin ya cahil xətibi olar,Əhli naəhldən seçməz, aşikar.
یا ادیب محلتی پر شورتا کند علم خویشتن در گور
Şuluq bir məhləyə ya ədib olar,Elmi də özüylə gora yol alar.
یا در افتد به وعظ و دقاقیتا نماند ز علم او باقی
Ya da ki, qurşanar vəzə, alverə,Elmi də yox olar heç nahaq yerə.
یا دهندش نیابت قاضیتا فراموش گرددش ماضی
Ya da bir qaziyə müavin olar,Öyrənib bildiyi arxada qalar.
داد این چار فن چو داده شودلوح جانش ز علم ساده شود
Bunların hansına edilsə təyin,Könlündən hər elmi silinər həmin.
چون اساس از برای حق ننهادهر چه دادند باز باید داد
Əyri olduğuyçün onun işləri,Ona nə vermişlər, qaytarar geri.
دین سر عالمی به ماه کشدکه سر جاهلی به راه کشد
Alimin başını uca edər din,Cahili düz yola gətirər, yəqin.
علم داری، ز کس مدار دریغبر دل تشنگان ببار چو میغ
Elmini kimsədən gizləmə nahaq,Susuz ürəklərə bulud kimi yağ.
میده، ار زانکه مایهای داریمستعد کمال را یاری
Kamal sorağında olanlara sən,Çalış ki, varından bir şey verəsən.
عالمی کش به داد میل بودمال خود پیش او طفیل بود
Alim ədalətə meyl etsə özü,Baxmaz var-dövlətə heç zaman gözü.
شافعی گر به مال کردی میلدجله پر مال او شدی و دجیل
Tamah göstərsəydi Şafei vara,Malilə dolardı Dəclə, aşkara.
چون به جز نشر دین نبودش کامفاش گردید جاودانش نام
Dini yaymaq idi ancaq arzusu,Odur, əbədidir adı, doğrusu.
آنچنان علم خود چه کرد کند؟گر نه زر بر دل تو سرد کند
O elm nə eylədi, nə eyləyəcək?!Ancaq ki, qızıldan lap donar ürək.
علم را چند چیز میبایداگر آن بشنوی ز من شاید
Elm üçün bir şeyi gərək biləsən,Yeridir bu sözü eşitmək məndən:
طلبی صادق و ضمیری پاکمدد کوکبی ازین افلاک
Doğru bir istəklə təmiz bir ürək,Bir də yardım etsin ulduzlu fələk.
اوستادی شفیق و نفسی حرروزگاری دراز و مالی پر
Azad bir nəfs gərək, mehriban ustad,Çoxlu sərvət gərək, uzun bir həyat.
با کسی چون شد این معانی جمعبه جهان روشنی دهد چون شمع
Hər kəsdə olarsa bu şeylər tamam,O olar dünyaya işıqsaçan şam.
سال ها درد و رنج باید دیداز ریاضت شکنج باید دید
İllərlə min əzab, min zəhmət gərək!Riyazət çəkərək əziyyət gərək!
تا یکی زین میانه برخیزدفاضلی از زمانه بر خیزد
Ta ki, bu aradan çıxsın bir adam,Elmdə, fəzldə olsun o, tamam.
ترکمان شیخ شد بده گز بردصدورق خواند و جاهلست آن کرد
Türkmən şeyx olsa da arşın, bez alar,Yüz vərəq bilsə də, kürd cahil olar.
چیست شیخی؟ بغیر ازین گرمیقد و ریشی دراز و بیشرمی
Bu şeyxlik deyildir, utanmazlıqdır,Uzunsaqqallılıq, həm qanmazlıqdır.
خرقها گر چه میرسد به علیکس نگردد به نام خرقه ولی
Xirqəni versə də Əlinin özü,Xirqə vəli etməz heç kəsi, düzü.
نسبتش با علی درست نشدهر که چون او به علم چست نشد
Elmdə Əli tək olmasa insan,Əliyə bağlama onu heç zaman.
Kitabxana.az · https://kitabxana.az/en/works/ovhadi-cami-cem-64
Use ← → keys to move, R for a random poem