زن خود را به سنگ زد مردششد دوان، پیش قاضی آوردش

Döydü arvadını daşla bir kişi,Hakimin yanına çatdırdı işi.

حال خود گفت و مرد شد حاضرگشت قاضی میانشان ناظر

Dedi əhvalatı ona birtəhər,Hakim də onlara saldı bir nəzər.

زن چو دعوی گزار شد با شویگوشهٔ چادرش برفت از روی

Qadın şikayətə başlarkən özüÇadrası sürüşdü, göründü üzü.

خواجه حسن و جمال او را دیدعشوهٔ قیل و قال او را دید

Hakim o camalı, o hüsnü görcək,Şirin danışığı eşidib, gerçək,

مرد را گفت قاضی از پشتی:زن خود را چرا چنین کشتی؟

Üzünü tutaraq dedi kişiyə:– Arvadı bu sayaq döymüsən niyə?

گفت: دشنام داد و چوب زدماو مرا زشت گفت و خوب زدم

Dedi: – Söydü məni, bax mən də döydüm.O, yaman söylədi, yerində döydüm.

گفت قاضی که: ای پریشان دستکس به چوب این چنین گهر نشکست

Hakim dedi ona: – Kəs o əlləri,Kim daşla sındırar belə gövhəri.

گر سر این لطیف چهرت نیسترو طلاقش بده، که مهرت نیست

Könlünə yatmırsa əgər bu gözəl,Əgər sevmirsənsə, onu boşa gəl.

مرد دادش طلاق و شد بی‌جفتچون برون رفت زن به قاضی گفت:

Onu boşayaraq kişi qaldı tək,Söylədi hakimə qadın dinərək:

مهر دل چون ندارد آن گمراهمهر برداشتست،مهر بخواه

– O azğın sevmirdi məni, doğrudur,Odur ki, boşadı, mənə sahib dur.

آمدم تا بهای من جویینه به آن تا ثنای من گویی

Bura gəlmişəm ki, qədir biləsənOna yox, gəl mənə dua elə sən.

شاید ار علم سر برفرازددین مباهی شود، خرد نازد

Bəlkə elmin başı ucaldı bir gün,İftixar sayıldı din, ağıl bütün.

که درین قحط سال علم و عملشد به عون خدای عز و جل

Bu qıtlıq ilində elmin, əməlin,Böyük yardımilə o izzü cəlin,

مسند شرع در مراغه به کامزین دو قاضی‌القضاة نیکو نام

Bu iki hakimlər hakimi iləMarağa qəzası ad aldı belə.

سخنی کان بجاست باید گفتآنچه بینند راست باید گفت

Söz yerində olsa, söyləmək gərək,Düz şeyi həm izhar eyləmək gərək!

رای دستور که افتاب وشستبافاضت چو آفتاب خوشست

Vəzir kamalilə bənzər Günəşə,Günəş tək feyzi də xoşdur həmişə.

شاید آن روزها که داد کندگر به لطف از مراغه یاد کند

Nə olar dadlara yetişən zaman,Bir yol Marağanı yada salasan.

آب رحمت بر آن زمین باردکه در آن خاک تشنگان دارد

Ora da bir kərəm yağışı yağdır,Axı o yerdə də susuzlar vardır.

من ز اهل سخن چه باشم و چند؟که سخن رانم از نصیحت و پند

Mən bir söz əhliyəm, kiməm, nəçiyəm,Dil açıb nəsihət, ya ölüm deyəm.

پند و وعظ از کسی درست آیدکه به کردار خوب چست آید

Nəsihət o kəsə yaraşar, düzü,Yaxşı işlər ilə məşğuldur özü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice