Jam-i Jam, chapter 76
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
صرف طاعت کن این جوانی رابنگر آنروز ناتوانی را
Gəl bu cavanlığı taətdə keçir,Acizlik gününü yadına sal bir.
عاقلی، گرد نانهاده مگردکز جهان جز نصیب نتوان خورد
Uyma olmayana, aqilsən əgər,Dünyada qismətdən artıq kim yeyər?!
در دل خود مکن حسد را جایاز درون زنگ بغض و کین بزادی
Qəlbində yer vermə paxıllığa sən,Kin, qəzəb pasını sil ürəyindən.
سلطنت چیست؟ تن درستی توپادشاهی؟ به خیر چستی تو
Sultanlıq de nədir? Sağlam olmağın!Şahlıq? Xeyir ilə nəfəs almağın!
گر دل ایمن و کفافت هستملکت قاف تا به قافت هست
Bir az ruzun varsa, rahat da qəlbin,Bil, Qafdan Qafacan mülkündür sənin.
رنج و بیشی به یکدگر باشدگفتن بیش بار خر باشد
Bağlıdır həmişə zəhmət ilə var,Qabaqdan öyünmək mənasız olar.
نظر از پیش و پس دریغ مدارآنچه دانی ز کس دریغ مدار
Sən çalış gerinə, irəlinə bax,Nə bilsən özgədən gizləmə heç vaxt.
چشمها تیره، خانها تاریستگر چراغی درآوری یاریست
Evlər qaranlıqdır, gözlər kor, düzü,Bir çıraq yandırsan, köməkdir özü.
هر چه دانستهای ز پیش کساندست دستش به دیگران برسان
Özgələr yanında nə öyrənmisən,Çatdır əldən-ələ başqalara sən.
نیکی ار در محل خود نبودظلم خوانندش، ار چه بد نبود
Yerində olmasa yaxşılıq əgər,Yaman olmasa da, zülmdür deyərlər.
وز بدی آنچه او بجای خودستعاقلش عدل خواند، ار چه به دست
Yerində edilsə bir pislik əlbət,Aqillər bu işə deyər, ədalət.
هر که خود را نخواست کوچک و خردبا فرومایگان ستیزه نبرد
Kiçik istəməsə özünü hər kəs,Heç vaxt alçaqlarla üz-üzə gəlməz.
حکمت نیک وبد چو در غیبستعیب کردن ز دیگران عیبست
Çünki yaxşı-yaman bir sirdir, düzü,Eyib axtaranlıq eyibdir özü.
هر چه ورزش کنی همانی تونیکویی ورز، اگر توانی تو
Nəyə adət etsən, sən elə olsan,Xeyirlə məşğul ol, onda bacarsan.
مهر محکم شود ز خوش خوییدوستی کم کند ترش رویی
Hər xoş xasiyyətdən artar məhəbbət,Dostluğu azaldar ancaq turş sifət.
خلق خوش خلق را شکار کندصفتی بیش ازین چکار کند؟
Xoş xülq camaatı məftun eyləyər.Bir xülq bundan artıq daha neyləyər?!
هزل آب رخت فرو ریزدوز فزونیش دشمنی خیزد
Zarafat üzlərin tökər suyunu,Artırsan, pisliklə qurtarar sonu,
دل به جانان مده، که جان ببردشهوتت مغز استخوان ببرد
Yara könül vermə, məhv edər səni,Bir şəhvət aparar iliklərini
آنکه عیب تو گفت یار تو اوستوانکه پوشیده داشت مار تو اوست
Kim desə eybini, dostundur, inan,Gizlədən səninçün ilandır ilan.
دوستی از درم خریده مجویپردهداری ز پس دریده مجوی
Dirhəm əsirindən dostluq gözləmə,Heç vaxt əxlaqsıza “sirr saxla” demə.
خواجهای، بگذر از غلامی چندپختهای، در گذر ز خامی چند
Keç əgər xacəsən, neçə qulamdan,Bişmişsənsə, gen gəz bir neçə xamdan.
تا تو باشی به کار بالا دستدر مکن پنجه و میلادست
Olduqca işlərdə əli yuxarı,Əl atıb əlini bulama barı.
چرخ رام تو گشت و دورانشگوی خیری ببر ز میدانش
Sənə tabe olmuş fələklər budur,Onun meydanında xeyir topu vur.
گفت خود را به داد عادت کندست در کیسهٔ سعادت کن
Sözündə adət et ədalətə sən,Uzat əllərini səadətə sən.
ماه گردون که این کرم داردمیکند بذل تا درم دارد
Göylərin Ayı da göstərib kərəm,Bəxşişlər paylayır olduqca dirhəm,
هم به انگشت مینمایندشهم به خوبی همی ستایندش
Odur göstərirlər barmaqla onu,Pərəstiş edirlər ona doğrusu,
آنکه ماه زمین بود نامشچون ببینند مردم انعامش
Hər kəs ki, ayıdır torpağın, inan,Onu xalq kütləsi hər görən zaman
در پیش روز و شب دعا گویندسال و مه مدحت و ثنا گویند
Edər gecə-gündüz ona dualar,İllər, aylar boyu mədhü sənalar.
به جزین خورد و خواب و خیز و نشستمرد را منهج و طریقی هست
Yeməkdən, yatmaqdan, durmaqdan kənarKişinin bir yolu, bir məqsədi var.
چون مزاج هوا تبه شد و آباحتما یابد از طعام و شراب
Su, hava dəyişib korlansa, gerçək,Yeməkdən-içməkdən çəkinmək gərək.
ز دم رتبت و دوام سعادنرهد مرد جز به ترک مراد
Mənsəb hiyləsindən, şöhrət torundanMuradı tərk etsə, qurtarar insan.
حل و عقدیت هست و تدبیریچه نشینی؟ بساز اکسیری
Açılar-bağlanar işlər, bir tədbir!Belə nə durmusan, düzəlt bir iksir.
پند ما گوش دار و شاهی کنورنه رفتیم، هر چه خواهی کن
Bu sözə qulaq as, şahlıq elə sən,Biz ki gedəsiyik, et nə diləsən.
گوش کن راز و روز بینی مناز گواهان شب نشینی من
Günlərin sirrini bilməyimə bax,İbrət al, gecələr qalıram oyaq.
گر چه روز از کسم نپرسی رازنیستم بیتو در شبان دراز
Məni sormasan da, gündüzlər hərgiz,Mən uzun gecələr deyiləm sənsiz.
روز ازین فتنهها امانم نیستشب نشینم، که شب نشانم نیست
Gündüz aman vermir mənə fitnələr,Yox olub işlərəm uzun gecələr.
خود چه محتاج قیل و قال منست؟کین سخنها گواه حال منست
Mənim hay-küyümə nə ehtiyac var?!Bu sözlər şahiddir halıma, aşkar.
خود وفا نیست در نهاد جهانمکن اندر دماغ باد جهان
Dünyada vəfadan yox əsər belə,Doldurma başını dünya yelilə.
Kitabxana.az · https://kitabxana.az/en/works/ovhadi-cami-cem-76
Use ← → keys to move, R for a random poem
More by this author
شنیدم کز هوسناکان جوانیبه ناگه فتنه شد بر دلستانی
Mantiq al-'Ushshaq, chapter 7نسیم باد نوروزی، چه داری؟گذر کن سوی آن دلبر به یاری
Mantiq al-'Ushshaq, chapter 8عنایتها توقع دارم از توکه هم آشفته و هم زارم از تو
Mantiq al-'Ushshaq, chapter 9غلامی میکنم تا زنده باشمبمیرم، همچنانت بنده باشم