Jam-i Jam, chapter 77
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
حال و کار جهان خیالاتستنظری کن که: این چه حالاتست؟
هر چه هست اندرین جهان خرابنقش او باژگونه بینی از آب
تو هم اینها در آب میبینییا خود اینها به خواب میبینی
ماتمت سور باشد اندر خوابگریه شادی و خنده غم، دریاب
زنگی است آنکه گفتهای چینیزانکه او را بخواب میبینی
رخ زنگی مبین، ببین دل اودر جهان هر کسی و حاصل او
دل زنگی که او ندارد رنگبه زر و می که تیره باشد و تنگ
به سپید و سیاه غره مباشروشنش دار روی و میبین فاش
تا چنین زندهای تو در خوابیچون بمیری تمام دریابی
هر که پیش از اجل تواند مردبه چنین راز ره تواند برد
هر چه را نیست بر خرد بنیادپیش داننده باد باشد، باد
گر تو جانی، غذای جان میجویور تنی آش و آب و نان میجوی
پرخوری زین شراب، مست آییخفته و بیخبر به دست آیی
آنکه آمد ز راه عقل بدرخوردن گاو کرد و خفتن خر
دست او هر دو روز بر شاخیمار او هر دمی به سوراخی
روغنش در چراغ کم گرددپشتش از بار خرزه خم گردد
هر دمی دلبری همی گیردتا که از دردشان فرو میرد
مرگ ازین نوع زندگانی بهنام این قوم خود ندانی به
چه وفا خیزدت ز یار جلب؟یاری از روشنان چرخ طلب
حاصل از یار نیست جز تیزیوز جلب جز خرابه دهلیزی
مرد کناس مستراح شدهعرض و مال و زرش مباح شده
عقل را روی در کمالی هستبجزین خورد و خفت حالی هست
تا زبان تو این و فعل آنستروی این راز بر تو پنهانست
چون که شهوت شود هم آوازتسر به سوی غضب کشد بازت
برفروزد غضب روانت راببرد خشم حلق جانت را
غضبت روی دل سیاه کندشهوتت مغز جان تباه کند
غضب و شهوت از میان بردارکام خویش از عروس جان بردار
نطفهای را که پشتوارهٔ تسترایگانش مده،که پارهٔ تست
این چنین نطفه را تو برخیزیزود اندر مشیمهای ریزی
بود اندر مشیمه یک چندیبه در آید ستوده فرزندی
چند روزی به ناز دارندشز آتش و آب باز دارندش
پس از آن همچو سرو بالندهنوجوانی شود سگالنده
آتش شهوتش بلند شودبه زن و بچه پای بند شود
سر و ریشی دروغ بترازدمن و مایی ز خویش بر سازد
غضبش حلق در دوال کشدشهوتش موش در جوال کشد
میرود چون سگان زنجیریاین چنین تا به حالت پیری
ضعف شستش نشست فرمایدبستن پا و دست فرماید
مدتی اینچنین به سر گرددزحمت دختر و پسر گردد
زن ازو سیر و بچگانش همهمه در قصد مال و جانش هم
به دعای خود و دعای کسانبرود زین سرای بوالهوسان
زود بر تختهای نشانندشبر سر حفرهای دوانندش
بنهندش به خاک و باز آیندبه سر مال او فراز آیند
خانه را غارتی در اندازندبه شبی جمله را بپردازند
این حسابی که: چند مظلمه برد؟آن فغانی که: از چه زود نمرد؟
گور پر مار و خانه پر کژدمخواجه در دام و گفتگوی از دم
بر سر آیند مالکانش زودکه بگو: تا ترا خدای که بود؟
در سؤالش کشند و درماندچون سخن را جواب نتواند
آتش خشم بر فروزاننددر شب اولش بسوزانند
اینچنین تا به وقت پرسیدننهلندش دمی به یوسیدن
بودن و رفتن چنین چکند؟به چکار آید آن و این چکند؟
جاهلانی که کار نان کردنددین و دنیی چنین زیان کردند
چند ازین رنج و چند ازین خواری؟بهر چیزی که زود بگذاری
مرغ و ماهی چه میکشی در دیر؟چون نشان سمک ندانی و طیز
مهر خود را به مهر زر چه دهیسر خود را به دردسر چه دهی؟
در نگر تا: کجاست غمخواری؟غم اوخور، چو میکنی کاری
دل درماندگان به دست آوربر ستم پیشگان شکستآور
بجزین گفتها که کردم یادحالتی هست و شرح خواهم داد
گر چه آن جمله عرف و عادت بودلیک سرمایهٔ سعادت بود
چون مؤدب شود به آنها مرداین سعادت طلب تواند کرد
پیش ازین سالکان و غواصانراه را بر تو کردهاند آسان
راه ایشان ببین که:چون رفتند؟بچه نوع از جهان برون رفتند؟
گام بر گامشان نه و میروروز راحت مبین و شب مغنو
کین طریق ریاضتست و فنانتوان رفت جز به رنج و عنا
گر دلت زین سخن هراسان شدترک دنیا بکن، که آسان شد
Dünyanın işləri boş bir xəyaldır!Bir ona nəzər sal, gör bu nə haldır.
Əzəldən nə varsa viran dünyada,Tərsinə görürsən əksini suda.
Sən bax bunları da görürsən suda,Ya da ki görürsən ancaq yuxuda.
Yuxuda yas görmək, şadlıq deməkdir.Gülmək ağlamaqdır, kədər gülməkdir.
Çinli söylədiyin zəncidir əslən,Onları yuxuda belə görürsən.
Zəncinin üzü yox, ürəyinə bax,Hər kəsə işiylə qiymət ver ancaq.
Zəncinin boyasız qəlbi hər zamanYaxşıdır o qara üzlərdən, inan.
Nədir ağ, qarayla bu lovğalanmaq?!Hər şeyə işıq tut, sən əslinə bax!
Belə yaşadıqca yuxudasan sən,Hər şeyi öləndə dərk edəcəksən.
Kim ölə bilərsə əcəldən qabaq,O, belə sirlərə bir yol tapacaq.
Ağla dayanmayan nə varsa tamam,Ağıllı yanında boş yeldir müdam.
Can qidası axtar cansansa əgər,Əgər bədənsənsə, su, çörək yetər.
Bu meydən çox içsən, sərxoş olarsan,Yuxulu, xəbərsiz əldə solarsan.
Kim ağıl yolundan çıxdısa, gerçək,Yatdı eşşək kimi, yedi öküz tək.
Gündə bir budağa o, əl uzadar,İlanı gündə bir yuvada yatar.
Onun çırağının yağı azalar,Tamahdan beli də iki qat olar.
Yeni bir dilbərə vurular hər an,Axır bu dərdlə də köçər dünyadan.
Bir ölüm yaxşıdır belə həyatdan.Xoşdur adlarını bilməsə insan.
Pozğun bir dilbərdə nə vəfa olar?!Sən əsil yarlığı göylərdə axtar.
Yardan insan ancaq acı söz görər!Pozğunda xaraba bir dəhliz görər.
Kişi kənnas olmuş, sözün doğrusu,Tamam bada getmiş malı, namusu,
Kamala doğrudur ağılın üzü,İş yeyib-yatmaqla bitməyir, düzü.
Nə qədər sözünlə işin deyil düz,Heç zaman göstərməz bu sirr sənə üz.
Səninlə səs-səsə verdikcə şəhvət,Səni cəlb edəcək, qəzəb, ədavət.
Qəzəb varlığını oda yaxacaq,Kin, qəzəb məhv edər canını nahaq.
Qaraldar kin, qəzəb qəlbin üzünü,Şəhvət məhv eyləyər canın özünü.
Qəzəbi, şəhvəti qaldır aradan,Sənə can gəlini kam versin hər an.
Belinin qüvvəsi o nütfəni sən,Sənin bir parçandır, nahaq verirsən...
Sən onu yerinə sərf etsən əgər,Gözəl bir övlada, yəqin, çevrilər.
Nazla bəsləyərlər onu bir zaman,Möhkəm qoruyarlar od ilə sudan.
O da sərv boylu bir cavan olar,Ağıllı-kamallı bir insan olar.
Onun da canını şəhvət yaxacaq,Arvada, uşağa əsir olacaq.
O da sığal verib baş-gözə, şəksiz,Özündən düzəldər bir yeni “mən”, “biz”.
Qəzəbi xalq üçün ağır yük olar,Şəhvəti siçanı çuvala salar.
Zəncirə bağlanmış itlər kimi o,Qoca yaşınadək gedər bu yolu.
Zəiflik “dur” deyər altımışında,Bağlar ayağını gücsüzlük onda.
Bu sayaq yaşayar yenə bir müddət,Verər oğuluna, qızına zəhmət.
Arvadı, uşağı ondan lap doyar,Canına, malına hamı susayar.
Özünün, özgənin dualariləBu fani dünyanı-tərk edər belə.
Onu bir taxtanın üstə qoyaraqQəbrə apararlar tezcə bu sayaq.
Torpağa tapşırıb dönərlər geri,Malına göz dikər onun hər biri.
Evi talamağa başlarlar haman,Bir gündə yox olar hər şey bigüman.
Çox əzab görmüşəm söyləyər biri,Neyçün tez ölmədi, deyər digəri.
Ev əqrəblə dolar, ilanla qəbir,Xacə tora düşmüş, söhbət kefdəndir.
Başının üstünü tez alar mələk –Tanrın kim olmuşdur, – söylər – de görək?”
Suala çəkərlər, o, aciz qalar,Suallar önündə o, xəcil olar.
Sonra yandıraraq qəzəb odunu,Elə ilk gecədə yaxarlar onu.
Gedər bu qaydayla məhşərə qədər,Daha bərk yaxarlar yalvarsa əgər.
Bu həyat, bu getmək nəyə gərəkdir?!O, nəyə lazımdır, bu, nə deməkdir?!
Çörək arxasınca qaçdı nadanlar,İtirdi din ilə dünyanı onlar.
Bir şey qalacaqsa burada əgər,Onunçün bu əzab nədir bu qədər?!
Quş, balıq dilini bilmirsənsə sən,Onları kilsəyə niyə çəkirsən.
Qızıla məhəbbət salma bu qədər!Bil, ondan hər zaman baş ağrı çəkər,
Bir bax ətrafına, hardadır qəmxar,Sən bir iş görəndə qəmiylə ol yar.
Acizin qəlbini, çalış ələ al,Sitəmkar olana hər vaxt zəfər çal.
Hələlik dediyim sözlərdən kənarSənə deyiləsi bir sözüm də var.
Bunlar olsalar da ənənə, adət,Bunlara bağlıdır yenə səadət.
Hər kəs vərdiş etsə bunlara əgər,O, haqlı olarsa, səadət görər.
İlk əvvəl bu yolu gedənlər, inan,Bu yolu səninçün etmişlər asan.
Gör necə getdilər, bir onlara bax!Dünyadan çıxdılar onlar nə sayaq.
İzlə addım-addım onları, yeri.Yatma gecə-gündüz irəli, yürü.
Riyazət və fəna yoludur bu yol,Burda zəhmət də var, əzab da bol-bol.
Bu sözdən ürəyin qorxarsa əgər,Dünyanı tərk elə, işlər düzələr.
Kitabxana.az · https://kitabxana.az/en/works/ovhadi-cami-cem-77
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Hökm elədi bəgim Paşa,Küll-i-inas fərraşa,
GəlirSallanaraq yüz nazinən,Dilbər-dilbər qızlar gəlir.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməEy gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,