Jam-i Jam, chapter 78
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
طالبی، ترک سروری کن و جاهرخ به هر مشکلی مپیچ ز راه
Axtarıcısansa, mənsəbi tərk et,Hər çətinlik üçün yoldan dönmə, get.
در سماوات کن به فکرت سیرروح پیوند شو به عالم خیر
Fikrin qanadında göylərə baş vur,Xeyir aləminə ruhu qovuşdur.
یاد ارواح پاک ورزش کنخویشتن را بلند ارزش کن
Sən təmiz ruhları yad eylə hər an,Artır qiymətini belə durmadan.
منزل خود بلند ساز این جاخویش را ارجمند ساز اینجا
Sən öz mənzilini burda uca et,Elə burda qazan özünə hörmət.
تا چو باشد توجهت به فلکدر رکابت روند جن و ملک
Meylin üz tutarsa göylərə əgər,Sənə tabe olar cinlər, mələklər.
بدر آر از گل طبیعت پایتا کنی در میان جنت جای
Yerin palçığından çək ayağını,Özünə məskən et cənnət bağını.
روح را رفرف و براق اینستعقل را رای و اتفاق اینست
Bax, ruhun Rəfrəfi, Burağı budur.Ağılın arxası, dayağı budur.
راه نارفته کی رسی جایی؟جای نادیده چون نهی پایی؟
Kim yolu getməmiş bir yerə çatar?!Bir yerə getməmiş kim ayaq atar?!
در گذار تو هر هوس دامیستاز حیات تو هر نفس گامیست
Yolunda bir tordur hər istək, həvəs,Ömrün addımıdır hər gedən nəfəs.
دو جهانی بدین صغیری توتا ترا مختصر نگیری تو
Sən bu kiçikliklə iki dünyasan,Belə kiçik tutma özünü, aman.
این چنین آلتی مجازی نیستوین چنین حالتی به بازی نیست
Məcazi deyildir belə bir alət,Oyuncaq deyildir, bil ki, bu halət.
ترک یاران خویشتن دادیرشتهٔ جان به دست تن دادی
Sən öz dostlarını tərk etdin nədən?Aldı can ipini əlinə bədən?
تن به جاه و مال چست شوددین به علم و عمل درست شود
Dövlətdən, mənsəbdən bədən güc alar,Din isə əməllə, elmlə ucalar.
تا تو گرد کلاه و سر گردیکی بدان رسته راهبر گردی؟
Papaq, baş ardınca qaçsan sən əgər,Bu işə haradan olarsan rəhbər?!
داغ ایمان به روی جان درکشعلم دین بر آسمان برکش
Sən can üzərinə çək iman dağı.Qoy göyə ucalsın dinin bayrağı.
پشت بر خاکدان فانی کنروی در عالم معانی کن
Bu fani dünyadan çevir üzünü,Məna aləminə döndər gözünü.
زندهای شو به جان معرفتشتا برآیی به حیله و صفتش
Onu canla tanı, əgər dirisən,Ta gedib çatasan sifətinə sən.
نفس قدسی چو کامیاب شودکار بر منهج صواب شود
Təmiz nəfs çatarsa kamına əgər,İşlər düzələrək yoluna düşər.
رنج نایافتن ز هستی تستوز بلندی که عین پستی تست
Tapmağa qoymayan öz varlığındır,Həm bu ucalıq ki, alçaqlığındır.
چند و چند از گریز و ناخلفی؟هم پدیدست حد خوش علفی
Əyri yol, naxələf olmaq nə qədər?!Qarınqululuqda bir hədd yox, məgər?!
تا بکی شرمسار باید بود؟مدتی هم به کار باید بود
Üzüqaralıqdan bir usan, əl çək!Burda bir müddət də iş görmək gərək!
این چنین کارخانهای در دستتو چنان خفته خوش، چه عذرت هست؟
Belə bir iş yeri əlində, aşkar,Sənsə yuxlamısan, de, nə üzrün var?
کارت از کاهلی نیاید راستبعد ازین عذر رفته باید خواست
İşin düz gətirməz tənbəllik etsən,Üzr istəyəcəksən buna sonra sən.
گر چه بر خویش بد پسندیدینتوان رفت راه نومیدی
Pisliyi özunə görsən də rəva,Düşmə ümidsizlik yoluna əsla.
منشان دیگ جستجو از جوشتا رگی هست در تنت میکوش
Axtarış qazanın salma qaynardan,Bədəndə bir damar qalınca bir an.
واقفی، بر در مجاز مگردرخ نهادی به تیر باز مگرد
Bilənsən, boş şeyin ardınca yortma.Oxla vursalar da, getsən, qayıtma.
گر چه آهسته خر همیرانیهم به جایی رسی، چه میدانی؟
Sürsən asta-asta eşşəyini sən,Bir yerə çatarsan, sən nə bilirsən!
Kitabxana.az · https://kitabxana.az/en/works/ovhadi-cami-cem-78
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Nazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
MürəbbeAnın üçün uymaz qeyriyə könlüm,Bir əcəb molladır mənim sevdiyim,
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,