Jam-i Jam, chapter 80
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
راه حیرت مرو، نظر بگشایاز مضیق گمان برون نه پای
Gəl heyrət yolilə getmə, gözü aç,Güman cığırından bir kənara qaç.
جام داری، نگاه کن در ویبازدان رنگ و بوی رشدازغی
Əlində cam vardır, ona nəzər sal,Gör ki, nədir azmaq, nədir huş, kamal!
وقت خود را به خیره صرف مکناسم یابی، نظر به حرف مکن
Vaxtını boş yerə sərf etmə, dayan,Hərfə nəzər salma, sən bir ad tapsan.
بوسه بر دست و پای صد زندیقچه دهی از برای یک صدیق؟
Ancaq bir siddiqin xatirinə sən,Yüz zindiq əlini niyə öpürsən?!
نقش صدیق مینمایم راستتک و پویی بکن، ببین که کجاست؟
Mən düz göstərirəm Siddiq yolunu,Bir öyrən hardadır, çalış gör onu.
نیست خالی جهان ازین پاکانچه نشینی بسان غمناکان؟
Dünya o paklardan deyildir iraq,Sən nə oturmusan yaslılar sayaq.
هست گنجی نهان به هر کنجیتو نداری، درین میان گنجی
Xəzinə gizləmiş burda hər bucaq,Bircə sənin yerin yox burda ancaq.
راست شو، تا به راستان برسیخاک شو، تا به آستان برسی
Düz ol ki, düzlərə çata biləsən,Torpaq ol, çatasan astanaya sən.
تو که هنگامه دانی و بازیبه سعادت چه مرد این رازی؟
Hay-küydür, oyundur sənin sənətin,Sirrini bilməzsən bu səadətin.
مرد چون مستعد راز شودآرزوهاش پیش باز شود
Əgər sirr bilməyə hazırsa insan,O, hər arzusuna tez çatar asan.
در تو چون شد صلاح کار پدیدکام را در کفت نهند کلید
Əgər xeyir işlər baş versə səndən,Murad açarına yetərsən həmən.
پای رفتار هست، خیز و بپویدست گرد جهان برآر و بجوی
Getməyə ayağın varsa, qalx yürü,Əl at hər tərəfə, axtar hər yeri.
روشنانی که این دوا دارندبر تو این درد کی روا دارند؟
O kəs ki, onlarda vardır bu dəva,Bu dərdi heç sənə görərmi rəva?!
نشود ناامید مرد طلباگرش صادقست درد طلب
Dərd axtaran adam sadiqsə, inan,Ümidsiz yaşamaz heç vaxt axtaran.
غالب از بهر طالبست به کارتو نکردی طلب، بهانه میار
Qalib axtarançün işlər hər yanda,Bəhanə gətirmə axtarmayanda.
طالب مستحق و غالب حقمهر و ماهند روز و شب مطلق
Layiq axtarıcı, haqq yaradan, düz,Mütləq Ay, Günəşdir hey gecə-günduz.
کی جدا گشت نور مهر از ماه؟گر نباشد خسوفی اندر راه
Yolda bir tutulma olmasa əgər,Aydan öz nurunu gün necə çəkər?!
گر نداری خسوف گمراهیهمه با تست هر چه میخواهی
Azmaq tutulması yoxdursa səndə,Sən hər nə istəsən, varındır onda.
بیطلب صید چون به شست آید؟تا نجویی کجا به دست آید؟
Necə axtarmadan tora düşər ov?!Necə axtarmadan ələ gecər ov?!
چون تو شرط طلب نمیدانیخر درین گل چگونه میرانی؟
Axtarmaq şərtini bilmirsənsə sən,Eşşəyi palçığa necə sürərsən?!
بازدان کز پی چه میپویی؟چون ندانستهای، چه میجویی؟
Nə axtardığını əgər bilməsən,Bir nə gəzdiyini yaxşıca öyrən.
هر که این راه رفت بیدانشنتوان داد دل به فرمانش
Hər kəs ki bu yolu elmsiz gedər,Onun fərmanına kim ürək verər?!
هر چه معلوم نیست نتوان جستور بجویی، خلل ز دانش تست
Məlum olmayanı gəzməz bir insan,Nöqsan elmindədir əgər axtarsan.
قایدی باید اندرین مستیکه بداند بلندی از پستی
Bu məstlik çağında bir rəhbər gərək,O seçsin alçağı, ucanı, gerçək.
نبود نیک نزد بیدارانراه بییار و کار بییاران
Yoldaşsız yol getmək, dostsuz iş görməkAyıqlar yanında pis olur, bişəkk.
سود جویی، ره زیان بگذارکار خود را به کاردان بگذار
Fayda gəzirsənsə, gen qaç ziyandan,Tapşır iş bilənə işini haman.
هم دلیلی به دست باید کرددر پناهش نشست باید کرد
Lazımdır tapasan bir yolgöstərən,Onun kölgəsində oturasan sən.
سر ز فرمان او نپیچیدنکام خود در مراد او دیدن
Onun hər əmrinə baş əymək gərək!Onun muradında muradı görmək.
چشم بر قول او نهادن و گوشخواستن حاجت و شدن خاموش
Onun sözlərinə həm qulaq asmaq,Lazımı istəyib önündə susmaq.
همت یار سودمند بودخاصه همت که آن بلند بود
Dostların hümməti faydalı olar,Xüsusən, yüksəksə o hümmət aşkar.
شر شیطان همیشه در کارستدفع او بیرفیق دشوارست
Şeytan öz şərindən qalmayır bir an,Yoldaşsız kim onu dəf edər asan?!
هر که او را نگاهبانی نیستبیگزندی و بیزیانی نیست
Gözətçisiz olsa əgər bir insan,O, necə qurtarar xata, ziyandan.
گر چه شیرین و دلکشست رطبنخورد طفل اگر بداند تب
Xurma şirin, dadlı olsa da ancaq,Bilsə qızdırmanı, heç yeməz uşaq.
تب ندید او و دید شیرینیلاجرم حال او همی بینی
O, qızdırmanı yox, gördü dadını,Özün görübsən ki, onun halını.
گر به دنیا نظر کنی و به خویشحال آن کودکست بیکم و بیش
Dünyayla özünə salsan bir nəzər,Eynən o uşağın halına bənzər.
کاملی ناگزیرباشد و هستگر به دست آوری بدو زن دست
Səninçün vacibdir ağıllı bir zat,Çatsan beləsinə, ona əl uzat.
عقباتی درشت در راهندکه ز آفاتشان کم آگاهند
Hələ arxadadır çox çətinliklər,Onun zərərindən çoxu bixəbər.
کار بیمرشدی بسر نرودراه ازین ورطها بدر نرود
Bu yolda mürşidsiz heç bir iş aşmaz,Olmaz bu girdabdan heç bir kəs xilas.
بیولایت تصرف اندر دلنتوان کردن، از ولی مگسل
Ürəyi vəlisiz fəth etməz heç kəs,Cəhd elə, vəlidən ayrılma əbəs.
در ولی پر غلط کند بینشکه نهفته است حد تمکینش
Vəli seçən zaman göz səhv də edir,Çünki təmkininin həddi gizlidir.
این قدم را یگانهای بایددر ولایت نشانهای باید
Gərək bu məqamçün yeganə olsun,Onda vilayətdən nişanə olsun.
بیکراماتهای یزدانیگله را چون کنند چوپانی؟
Haqqın kəraməti olmasa əgər,Sürüyə kim, necə çobanlıq edər?!
آنکه بر قدش این قبا شد راستدر رخ او نشانها پیداست
Bu paltar hər kəsə olarsa da düz,Üzündə nişanlar olacaq, sözsüz.
Kitabxana.az · https://kitabxana.az/en/works/ovhadi-cami-cem-80
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Fəraq oldu bu cavana,Halal ilə aman ana,
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
GülEy gözəl, ülki əsl-fəsl babın gəldi gül,Ol ənasir xak, badın, atəş, abın gəldi gül,
Tərcümeyi-halım yaxud hululuEşq zənciri qırıldı, yol açın,Ey uşaqlar, hululu gəldi qaçın.