Jam-i Jam, chapter 81
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
شیخ را علم شرع باید و دینحکمتی کان بود درست و متین
Din elmi lazımdır şeyxə, şəriət,Bir də ki, düz, sağlam, mətin bir hikmət.
نفسی طیب و دمی مشکیسرو مغزی منزه از خشکی
Təmiz, müşk ətirli bir nəfəs gərək,Quruluqdan uzaq baş, beyin, ürək.
خاطری مطمئن و چشمی سیردر مضای سخن جسور و دلیر
Xatiri inamlı, tox olsun gözü,Cəsur, qorxmaz olsun deyəndə sözü.
کارها کرده در خلا و ملارخ نپیچیده از عذاب و بلا
İşlə məşğul olsun gizli, aşikar,Əzabdan, bəladan qaçmasın kənar.
بوده در حکم مرشدی ز نخستبرده فرمان اوستادی چست
Bir mürşüd hökmündə olsun bir zaman,Baş əysin ustadı nə etsə fərman.
دل خود را به خون بپروردهنفس خود کشته خون خود خورده
Könlünü qan ilə bəsləmiş olsun,Nəfsini öldürüb, qan yemiş olsun.
چارهٔ نفس خود توانستهسر نص و دلیل دانسته
Nəfsin öhdəsindən o, gəlmiş olsun,Ayə, dəlil sirrin o, bilmiş olsun.
فارغ از حجت و قیاس شدهدر نهان آدمی شناس شده
Dəlildən, ölçüdən gen olsun hər an,Batindən insanı tanısın haman.
کرده دوری ز راه معنی، دورگشته نزدیک با معالم نور
O, məna yolilə addımlayaraqHəm nur aləminə yaxın olsun, bax.
در ولایت به مسند شاهیبر نشسته ز روی آگاهی
Əyləşsin öz elmi, öz biliyilə,Vilayət taxtına otursun belə.
نه ز رد خسی دلش رنجهنز قبول کسی قوی پنجه
Nə alçaq rədd etsə, qəlbi inciyər,Nə qəbul etsələr özünü öyər.
گفته جانش به صبر ایوبیسخت راسست و زشت را خوبی
O Əyyub səbirli könlü hər zamanBərkə boş söyləsin, yaxşıya yaman.
نه کسی را گرفت بر کارشنه شکن در فنون گفتارش
Nə qeyri işlədər bir an özüyçün,Nə olar sözündə qırıqlıq, düyün,
گشته یار از کتاب و از سنتطالبان را به سعی بیمنت
Qanunla, kitabla olmuşdur o, yarAxtaran kəslərə minnətsiz, aşkar.
وقتشان بر سر زبان راندکه: خدا خواهد و خدا داند
Allahın istəyi, iradəsiylə,Hər şeyi yerində gətirər dilə.
بر تو هر مشکلی که گیرد عقدکندش کشف بر تو دردم نقد
Sənə üz verərsə bir müşkül əgər,Dərhal əlac tapıb onu həll edər.
روح در عرش و جسم در زندانچهرهٔ او گشاده، لب خندان
Bədəni zindanda, ruhu göydədir,Üzündə-gözündə gülüş rəqs edir.
اگرش مال کم شود شادستو گر افزون شودبرش بادست
Malı az olsa da, o, şad olacaq,Çox olsa yanında bir yeldir ancaq.
دنیی او ز بهر دین باشدخرمنش بهر خوشهچین باشد
Dindən ötəridir ona bu cahan,Sünbül yığanlarçün xərməni meydan.
شهرهٔ شهرها به پاک رویبازوی او به عقل و شرع قوی
Təmiz hərəkətlə qazanmış şöhrət,Ağıl, din vermişdir qoluna qüvvət.
دل او از ریا بپرهیزدنورش از نور کبریا خیزد
Ürəyi riyadan, yalandan uzaq,Nuru Haqq nurundan törənmiş ancaq.
هر چه خواهد فلک فراخور اودمبدم حاضر آورد بر او
Nə arzu eyləsə özüyçün, düzü,Dərhal hazır edər fələklər özü.
شغل او بهجت و سرور بودکارش ارشاد یا حضور بود
Sevincdir, şadlıqdır işi həmişə,Təlimi, hüzuru eyləmiş peşə.
از پی جمع ساز و آلت اوکرده ایزد به خود کفالت او
Onunçün nə alət lazımsa əgər,Allah ondan ötrü tez hazır eylər.
مظهر حق و مظهر تحقیقبر خلایق دلش رحیم و شفیق
Həqiqət rəmzidir, Haqqın nişanı,Xalqın köməyidir, həm mehribanı.
دیدن و داد او مبارک فالخبر و یاد او همایون حال
Baxışı, köməyi xoşbəxtliyə fal,Sorub yad etməsi səadətli hal.
روی او هیبت و وقار دهدخوی او لطف خلق بار دهد
Çöhrəsi törədər heybət, vüqarı,Lütfdür, şəfqətdir xülqünün barı.
مس به بویش ز دور زر گرددخس به یادش به از گهر گردد
Mis ətrini alsa qızıla dönər,Çör-çöp yad etməklə olar saf gövhər.
هر که با او نشست شاهی شدوانکش آمد به دست ماهی شد
Onunla oturan şaha tay oldu,Kim ona yetişdi, parlaq Ay oldu.
گر مرید کسی شوی این کساین طلب کن، که در جهان این بس
Bir mürşid istəsən dünyada əgər,Beləsini istə, sənə bəs eylər.
این کسان باز دست سلطانندوآن دگرها مگس همی رانند
Sultanlar əlində şahindir bunlar,Ancaq başqaları – milçək qovanlar.
به چنین پیر دست شاید دادکه جوان را کند ز بند آزاد
Bax belə bir pirə əl vermək gərək,Gənci əsirlikdən qurtarar, gerçək.
Kitabxana.az · https://kitabxana.az/en/works/ovhadi-cami-cem-81
Use ← → keys to move, R for a random poem