Jam-i Jam, chapter 95
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
زهدت آن باشد، ای سعادت جویکز متاع جهان بتابی روی
Zöhdün o olar ki, ey tale gəzən,Sən dünya malından üz döndərəsən.
روی در فضل بینیاز کنیپشت بر فضلهٔ مجاز کنی
Möhtac olmayana tutub üzünü,Bu yalançı vardan döndər gözünü.
بر فرازی ز فقر صرف درفشزان توجه کلاه سازی و کفش
Ancaq yoxsulluqdan qaldırıb bayraq,Ondan düzəldəsən papaq və başmaq.
نبود، گر ز زهد گیری رنگحاجت اربعین و خلوت تنگ
Çillə, xəlvət əhli olan bir insan,Heç bir rəng tanımaz zöhdilə, inan.
هر که او زهد را حصار کندتیر شیطان برو چه کار کند؟
Kim zöhdü özünə eyləsə çəpər,Ona şeytan oxu neyləyə bilər?!
زهد چون قلعهایست پاس تراقفس آهنین حواس ترا
Zöhd səni qoruyan qaladır ancaq,Səndəki həvəsə qəfəsdir, bir bax!
قلعه را در مساز بیبارواحتما باید، آنگهی دارو
Qalaya qapı yox, əvvəl hasar çək,Xəstəlik olmamış dərman nə gərək.
خلوت از بهر آن پسند آیدکه حواس تنت به بند آید
Onunçün xoş gəlir xəlvət insana,Odur ehtirası salan zindana.
چون شد از زهد گردنت باریکنیست محتاج خلوت تاریک
Boynun incələrsə zöhddən əgər,Onda o, xəlvəti daha neyləyər?!
خویشتن را ازین و آن باز آرپس همی گیر چله در بازار
Qoru ondan-bundan özünü hər an,Sonra get bazarda çillə tut haman.
حاضر وقت باش و غایب غیرتا توانی به استقامت سیر
Vaxt üçün hazır ol, qeyrə qayib ol,Olasan düz səmtdə seyr ilə məşğul.
چون نهادی کلاه خرسندیبر در بندگی کمر بندی
Razılıq papağı geyinən zamanBəndəlik kəməri bağlayacaqsan.
هر دلی کو به زهد چست آیدبه عبادت رسد، درست آید
Zöhddə düz, möhkəm olan bir ürəkİbadət vaxtı da düz olar, gerçək.
زهد فرضست و زهد فضل، بدانترک دنیا بدین دو زهد توان
Vacib, hünər olan iki zöhd var,Bunlarla dünyanı tərk etmək olar.
زهد فرض از حرام برگشتنزهد فضل از حلال بگذشتن
Vacib zöhd haramdan çəkməkdir gözü,Hünər zöhd halaldan keçməkdir özü.
چونکه امروز خود حلالی نیستدومین زهد جز خیالی نیست
Bu gün mümkün deyil bir halal tapmaq,Odur ki, zöhd özü xəyaldır ancaq.
زاهدی، جز حلال کم نخوریبه بود کان حلال هم نخوری
Zahid halalı da az yesin gərək,Çox vaxt halalı da yeməsin gərək.
هر کرا زهد پردهدار شودمحرم وحی کردگار شود
Hər kəsə zöhd pərdə tutarsa əgər,O, ilahi vəhyə məhrəm kəsilər.
دست عثمان، که تیر شد قلمشزهد کرد از جهانیان علمش
Tir özü olmuşdu Osmana qələm,Düzəltdi odur ki, zöhddən ələm.
زاهدی ترک مال و جاه بودترگ چون پر شود کلاه بود
Zöhddür mənsəbi, həm malı atmaq,Bu atmaq çox olsa alarsan papaq.
گر همی خواهی این کلاه بلندکمر بندگی و طاعت بند
Bu yüksək papağa meylin var əgər,Bağla bəndəlikdən, taətdən kəmər.
هر که او راست دید و زرق نکرداین کله را ز تاج فرق نکرد
Hiylə işlətməyib, düz görsə hər kəs,Əsla bu papağı taclardan seçməz.
تاج را لازمست دری خاصدر این تاج نیست جز اخلاص
Xalis dürr lazımdır taclara hər vaxt,Bu tacın dürrüsə ixlasdır ancaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/ovhadi-cami-cem-95
Use ← → keys to move, R for a random poem