Bizimkilər motoskletnən gedir
Bəşər gələn əsrə raketnən gedir,Bizimkilər motoskletnən gedir.
Yağışdan əvvəl «qrom» olsun gərək,Söz deməyə «motodrom» olsun gərək,Dubinkanın yerinə lom olsun gərək,Çünki çoxu özgə süjetnən gedir,
Bəşər gələn əsrə raketnən gedir,Bizimkilər motoskletnən gedir.
Topxanadan başladı bu dığ-dığa,Gəldi xəbər armudu kəsmiş dığa,Vurrey ilə töküldüük «Azadlığa»,İndi ora quş da biletnən gedir,
Bəşər gələn əsrə raketnən gedir,Bizimkilər motoskletnən gedir.
Topxanada top atdılar topçular,Əhalini qaçırtdılar gopçular,Düşdü məqam, tutdu özün «YAP»çılar,İndi ömür-gün kabinetnən gedir,
Bəşər gələn əsrə raketnən gedir,Bizimkilər motoskletnən gedir.
Bu millətin dərdi var, azarı var,Bu ölkənin mizansız bazarı var,Bu xalqımın neçə ac yazarı var,Söz tökülür, gilas səbətnən gedir.
Bəşər gələn əsrə raketnən gedir,Bizimkilər motoskletnən gedir.
Ay bəri bax, pəncərədən daş gəlir,Dəyib mənə gözlərimdən yaş gəlir,İqtidarla müxalifət çaş gəlir,Hərdən azıb bizim piketnən gedir.
Bəşər gələn əsrə motoskletnən gedir,Bizimkilər motoskletnən gedir.
Möcüzədir, ac qalırıq, ölmürük,Güldürürük heç özümüz gülmürük,Köhnə nədir, tazə nədir bilmirik,Tazə qurum, köhnə «sovetnən» gedir.
Bəşər gələn əsrə raketnən gedir,Bizimkilər motoskletnən gedir.
Hərdən istəyirəm mən də tac qoyum,Səndən acıq çıxım, səni ac qoyum,Yan-yana məhləmdə beş qarac qoyum,Rüşvəti «tem bolee» paketnən gedir,
Bəşər gələn əsrə raketnən gedir,Bizimkilər motoskletnən gedir.
Gedib bağ-bağatım, gedib talvarım,Gedib göy Xəzərim, gedib bulvarım,Əgər getsə belə, düşər şalvarım,Çünki kəmərlər dolu neftnən gedir,
Bəşər gələn əsrə raketnən gedir,Bizimkilər motoskletnən gedir.
Tərk eləmə düz sözü, tərkib elə,Düzdən alıb söz, düzü tərtib elə,Kim-kimədir, söy, sora təkzib elə,Dava-dalaş indi qəzetnən gedir.
Bəşər gələn əsrə raketnən gedir,Bizimkilər motoskletnən gedir.
«Haydı» dedi, «haydı» vətən oğluna,Ölüm-itim paydı vətən oğluna,Gülləsini qıydı vətən oğluna,İndi «Xiyaban»a buketnən gedir,
Bəşər gələn əsrə raketnən gedir,Bizimkilər motoskletnən gedir.
Şillə-qapazdayıq çərxi-fələknən,Jurnalistin vur başına kötəknən,Müxalifət mitinqə şor-çörəknən,Amma iqtidar kotletnən gedir,
Bəşər gələn əsrə raketnən gedir,Bizimkilər motoskletnən gedir.
Qabağa verib, dalda pusarlar səni,Dilinə görə bir gün asarlar səni,Yürüşə salıb üç il basarlar səni,Məhkəmələr milli maketnən gedir,
Bəşər gələn əsrə raketnən gedir,Bizimkilər motoskletnən gedir.
Atam buralıdır, anam oralı,Gəlinimiz də Mozambikin maralı,Yüyür məndən üç yyüz metr aralı,Divarımız yaşıl biretnən gedir.
Bəşər gələn əsrə raketnən gedir,Bizimkilər motoskletnən gedir.
Qırx küpüvün qırxı da qulpu qırıq,Ver, Baba Pünhan yamasın fısqırıq,Hamısına qulp qoymağa çatdırmırıq,Çünki «Qulp»un özü mopednən gedir,
Bəşər gələn əsrə raketnən gedir,Bizimkilər motoskletnən gedir.
20 noyabr 1998. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-bizimkiler-motoskletnen-gedir
Use ← → keys to move, R for a random poem
More by this author
Bu cahanın işi bitdi – dirilitdi, dirilitdi,Ölü lütdü, diri lütdü – dirilitdi, dirilitdi.
Ölkə papaqnan doludurBu Vətən mülkünü çıx seyrinə, maraqnan doludur,Qırağın «yan»lar alıb, orta qıraqnan doludur.
Mini-miniTorpağımın həm uzunu, eni mini,Kim-kimi mindi, o çapır mini-mini.
KilkəBir sümük, bir dəri olsan da qədimdən, kilkə,Bu çətin gündə mənim tutdun əlimdən, kilkə.
Poems by other poets
Yer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Müxəmməs-tərcinüma: Ey şövqi-ruxun gün kimi əşyaya mücəllaEy şövqi-ruxun gün kimi əşyaya mücəlla,Üşşaqa təmaşayi-cəmalın fərəhəfza,
MəktəbMəktəb nə demək? Xadimi-qüdsiyyəti-millət.Məktəb nə demək? Baisi-ülviyyətü şövkət.