Tədris ili başlandı, xoş anlar arasında,Bir həftə sevinc gəzdi, insanlar arasında.

Məktəb yolu şumlandı, rüşvət ilə tumlandı,Başlandı yığım dövrü, "dehqan"lar arasında.

Üç, yəni otuz dollar, dörd – qırx, beş isə əlli,Fərq kursda olur bir də, dövranlar arasında.

Örtüklüyə min töhmət, paltarsıza beş qiymət,Qiymətsiz olub ismət, üryanlar arasında.

Başlarda ziya olsa, zülmətdə Vətən qalmaz,Məftil zəmidən yanmaz, şalbanlar arasında.

Ya qarnıvu çək saxla, ya pencəyi dart bağla,Bağlanmır otur ağla, nöqsanlar arasında.

İblisdən hələ dünya, azad ola bilmirsə,Azadlığı axtarma, meydanlar arasında.

Çox mətələbi xəlqiyçün, aşkar elədi Pünhan,Öz dərdi fəqət qaldı, pünhanlar arasında.

2 avqust, 2002

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets