Tofiq Fikrətə

1. Gülə bilmədim...

Bosfor sahilinə düşdü güzarım,Nağılmı, röyamı bilə bilmədim.Çoxaldı sevincim, artdı məlalım,Ağlaya bilmədim, gülə bilmədim.

2. Ən gözəl pəncərə

Bosfora açılan bir pəncərə var,Adidən adidir çöldən baxana.İşdir, o yerlərə eyləsən güzarOtağın içindən gedib bax ona.

Yox, hələ qapıda bir az nəfəs dər,Axı dik yoxuşdur sahildən bura,Qəlbini, beynini hey yora-yoraSuala tutmuşdur səni sərvlər.

Nəhayət, mənzilə gəlib çatmısanBudur o məbədgah, budur Aşiyan.Yox, hələ həyətdə dolanaq, gəzək,Bura bağçamıdır, ya adi meşə?Bürüyüb ətrafı yabanı çiçək,Qayamı, timsahmı sərilib döşə?

Şairin dilindən qopan mahnılarUçaraq qonubdur o boz qayada¹

Yuxulu qumrutək dayanıb onlar,Sehrli səs gərək bir-bir oyada,Masa da qayadır, kürsü də qaya,

¹ Fikrətin şeirlərindən bəzi nümunələr öz həyətindəki təbii qayalara həkk edilibdir.

Birinə bir çəkic, düşər dəyməyib.Üç sərv – üç sənəm, boya bax, boya,Məğrur qədlərini rüzgar əyməyib.

Bir vaxt nəğməliymiş bu ev, bu həyət,“Süküni xabdadır” indi sahibi.Alıb qucağına onu “faniyyət”Dildə dalğa-dalğa qalsa da təbi.

Sənət aşiyanı – bu dilbər guşəAyrı yaşamamış yaradanından.Şair türbəsində bitib bənövşə,Palıd çələng vermiş öz fidanından.

Sahibi sızlayar, yəqin ki, əysənMəhzun budağını burda bir kolun.Könül, bu türbəyə bir də baş əy sən,Düşmür ki, buraya həmişə yolun.

Kövrək bir xanım var, şer vurğunuGözləri şehlidir, adı da Jalə.Qonduğu yarpaqdan üfürüb onuBizim eldən bura uçurmuş tale.

Dili üsyanlıdır, səsi mükəddər,Fikrətin şerində tapıb aşiyan.Hekayət danışır ona sərvlər,Bura ona munis, o bura həyan.

Şairin hər sözü, addımı, izi,Arzusu, əməli ona tanışdı.Ev yiyəsi təki gəzdirdi bizi,Otaqdan-otağa keçib danışdı.

Sonra da apardı qəmli hücrəyə.Bağlı pəncərəni o, nişan verib

Dedi: “Məftun imiş bu mənzərəyə,Ona baxa-baxa şair can verib.

Nigaran-nigaran baxmış son kərə,Seyr etmiş yurdunun ənginlərini.Sizə də qismətmiş həmin mənzərə,Süzün təbiətin şah əsərini...”

Əlini riqqətlə atdı taxtaya,İşıqlandı otaq, dəyişdi aləm,Boyadı üfüqü min dürlü ziya –Belə çəkdi bunu əlimdə qələm:

Göy tülə bürünüb sahil şamları,Orman tala-tala, bağ tala-tala.Qədim fatehlərin bürcü-hasarıGömmüş yaşıllığa, getmiş xəyala.

Qəsrlər fikirli, çəmənlər şaqraq,Təpələr sükutda,Bosfor çağlayır.Lövhəmi açılan bu varaq-varaq,Yurdun taleyimi gülüb ağlayır?Baxıb gözəlliyə, baxıb bu sehrəDoymadı şair.Durdu keşiyində – qələmi yerəQoymadı şair.

O, bu pəncərədən atəşlər açdıYamana, pisə;O, bu pəncərədən şəfəqlər saçdıDumana, sisə.

Sisli səltənətdə hey yaza-yazaSualtı axıntək kükrər, daşardı:“Zülmün topu var, gülləsi var, qələsi varsa,Həqqin də bükülməz qolu, dönməz üzü vardır!..”

Bu sözü söyləyən şair idimi,Müğənni idimi, yoxsa qəhrəman.Yaşadı bir şimşək büsatı kimiKiçik Asiyada o böyük insan!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets