Qonşu olmaq istəmirəm
(Mahnı. Musiqisi Telman Hacıyevindir)
Axşam... tarla yolu... bir qız, bir oğlan;Sarmış hər birini yenə həyəcan...– Firəngiz, ver kətmənini götürüm.– Sağ ol!– Səni evinizə ötürüm?– Bu nə sözdür, qapıbir ki, qonşuyuq?!– Olarmı bəs qonşu bu qədər soyuq?Qız düşünüb gedir dərin xəyala,Cavab gəzir qəlbindəki suala...Oğlan duyur, alovuyla yandığıMəhəbbəti söyləməyin çağıdır.Gözlərində eşqi gülən o qızınAxşam yeli saçlarını dağıdır.Oğlan isə yığışdırıb özünü,Söyləyir bir mahnı kimi sözünü:
Oğlan:Qonşuluğun hər cövrünə dayandıq,Bir sevindik, arzumuzu bir andıq.Biz həmişə şad, mehriban dolandıq.Açıq deyim, daha bu ildən beləQonşu olmaq istəmirəm səninlə!
Qız:Sən çaşdırdın, oğlan, mənim fikrimi,Ən yaxın bir qohum kimi, dost kimi,Kənd bilir ki, biz olmuşuq səmimi,Hardan əsdi indi soyuq bir külək?Utanma, aç sən bu sirri de görək!
Oğlan:Nə zaman ki, baxışımız öpüşür,Ürəyimə alov düşür, od düşür.Ömrümüz şən, günlər tez-tez ötüşür.Bir arzum var, coşub gəlir o dilə:“Qonşu olmaq istəmirəm səninlə”.
Qız:Batan günəş bax gör necə saralır,Axşam düşür, ağ tarlalar qaralır.Gəl tələsək, vaxtımız da daralır...Atalardan qalma belə məsəl var:“Qonşun pisdir, birdəfəlik köç qurtar!”
Oğlan:Yox başımda köçüb getmək havası,Məhəbbətsiz varmı ömrün səfası?Müxtəsəri, budur sözün qısası:Köç bizə gəl, quraq təzə ailə,Qonşu olmaq istəmirəm səninlə!
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-qonsu-olmaq-istemirem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Neylmişdim sənə, ey çərxi-gərdunBizim ilə düşübsən inadə, fələk
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Qənimətdir səfa sürməkFürsət olacaq hər dəmdəQənimətdir səfa sürmək.