Səhər-axşam biz işə,Evə qoşa gedirik.Qaça-qaça yanaşıAvtobusa yetirik.

Addımının ahəngi –Ürəyimin vurğusu.Bu doğmalıq nədəndir?Heç bilmirəm doğrusu.

Nə adını bilirəm,Nə əslinə bələdəm,Yuxuda da dalıncaGəzirəm qədəm-qədəm.

Nəfəsinin ətriniDağ yelitək uduram,Əsə-əsə gizlicəHörüyündən tuturam.

Sən yanımda olandaQırpılmayır gözlərim.Alışdırır dilimiDeyiləsi sözlərim.

Baxışında süzürəmCilvələnən aləmi.Rəssam olmasam da mənGötürürəm qələmi.

Əllərimi tənəyləTitrətməsə baxışın,Yarananda, hiddətləOynamasa göz-qaşın,

O qənirsiz şəkliniMən əzbərdən çəkərəm –Seyr etmişəm çöhrəndəHər cizgini yüz kərə.

Sənsə bir yol duymadınGözümdəki eyhamı.Tanımadın mən adda,Mən sanda bir adamı.

Hansı sözlə deyilsinBəs bu dərdim, həsrətim –Damladakı günəştəkAşkar olsun halətim?

Gərək “sevirəm...” sözüBu məqamda nur saça,Bu müqəddəs kəlam daUcuzlaşıb yamanca.

Azalıbdır əsəri,Qalmayıbdır kəsəri.“Sevirəm”in mənasıZarafata dönübdür,Hərarəti, atəşiBusələrdə sönübdür.

Hansı sözlə deyilsinBəs bu dərdim, həsrətim,Damladakı günəştəkAşkar olsun halətim?

Təkrar-təkrar deyərdim:“Sən varsansa, mən varam!Sənsiz heçəm, mən heçəm,Nə günüm var, nə gecəm...” –Deyərdim bu sözləri,Cavabından... qorxuram!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets