Çox sözlər danışılır,çox planlar qurulur,Çoxlu qanlar tökülür müharibələrdə.Amma sorulmur:«Necə insan olmaq olar bu həyatda».Əgər bu böyük qüdrətlərin birianlaya nədir insan.Nicat verər bu dünyayaXilas edər onu –Davadan, ölümdən, aclıqdan,İnsanlıq təmiz eşqdi bütün insanlara.İnsanlıq behişt yaratmaqdı,Firavanlıq gətirməkdi başqalarına.İnsanlıq – qorumaqdı insanlarınAzadlığını, dilini, mədəniyyətini.Mən istəyirəm bu insaniyyəti,Özümdən, millətimdən ötrü.Çünki olmasa bu insaniyyət –Nə mən olacağam, nə millət.Budur insanın məqsədi əgər anlasaq.Amma təəssüf olsun ki,Qüdrət sahibləri –İtiriblər insanlıq düşüncəsini.

15.12.2008, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland