İzzət əmi süd anamın əriydi,Səhər gedib axşam evə dönərdi.Mehriban, gülər üz idi.Sonralar bildim bənna işlədiyini.O, anam Humayı çox istəyirdi,Görmədim bir dəfə səsinin qalxmasını,Bir kimsəyə hirslənməsini.Sakit yeyərdi çörəyini səhərlər,Qayıdardı torbası meyvə ilə dolu.Yayda bizim ən çox yediyimiz,Meyvə, pendir, çörək olardı.Evimizdəki yeməklərdən –Daha çox sevirdim bu yeməkləri.Çünki dolu idi bu daxma gülüşlə,məhəbbətlə.İzzət əmi Novruz bayramındaAlardı boynuna məni,Təbriz bazarında.Oturub onun boynunda –Tamaşa edərdim bəzənmiş dükanlara.Böyüklərə, cavanlara, uşaqlara.

18.12.2008, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets