Təbrizli bir ananın dilindən
Bilmirəm, uşaqlarımın –Yeməyinin, geyiminin fikrini çəkim?Ya necə geyinməliyəm –Ta polis narahat etməsin məni.Təəccüb edirəm –Bunu «islam» adına edirlər.Müsəlman ailəsində doğulmuşamBilmədən bu qanunları.Uşaqkən azad olmuşam –Şükr etmişəm Allahın səxavətinə.Nə anam, nə atam qadağa qoymayıbyeməyimizə, geyimimizə.Fərq qoymayıblar –Qardaşımla mənim aramda.İndi bilmirəm bu qondarma islamıkim gətirib,Belə şeylər nə Quranda var,Nə Peyğəmbərimiz söyləyib.Eşidəndə ki, qadınları, qızları,Həbs edib şallaq vururlar,geyimlərinə görə,Eşidəndə ki, neçəsini doldurubkonteynərə,Havasızlıqdan öldürüblər.Bilmirəm balalarımın dərdini çəkim,Yoxsa gələcəyimin fikrini?
20.12.2008, Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/qulamrza-sebri-tebrizi-tebrizli-bir-ananin-dilinden
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Salanıban Yaxşı çıxdı qəsrdən,Hüsnün zəkatı hər ayə yetər,
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
چه شدی کار من دلشده یکسر میشدیا تو سوی من و یا جان سوی تو بر میشد
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.