Bakıda uşaq bağçalarını,Məktəblərin futbol meydançalarını,Parkları, çəmənləri, bağlarıÇeviriblər uca binalara, göydələnlərəXatirimdədir,Azərbaycan azad olandan sonraTəəccüb edirdim görəndəUşaq dünyasının qəsb olunmağını.Etiraz etdim bu halətəQonşumuzda –Uşaq bağçasının sökülməsini görəndə.Qüssələndim, görəndə ki,uşaqların yeri yoxdu,Topla oynamağa, əylənməyəHər pəncərədən etiraz səsi gəlirdi,Qalxırdı uşaqların əleyhinə,Məcbur olurdular, məsum uşaqlarOynasınlar qorxulu maşın yolunda,Nə deyəsən bu tamahkarlaraUşaqlıq dünyasını unudanlara.Çünki kor olublar –Öz şirin xatirlərinə.

13.12.2008, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring