Sevirəm uşaqları
Sevirəm uşaqları çox –Onların oynamaq səsiniKüçəmizdə eşidəndəBəziləri anlamırlarUşaqların quşlar kimi çığır-bağırlarını.Mənimsə bu səslərrahatlıq gətirir ruhuma,Cavanlaşıram bu səsləri eşidəndə.Canlanır Təbrizdə keçənuşaqlıq illərimGözümün önündə.Səhərdən axşamacan oynayardıq,Ağacdan at minib çapardıq.Məhəlləmizdə uşaqların gülüşü,göylərə ucalardı.Axşam qaranlıq düşəndə,Quşlar yuvalarına köçəndəAnam, atam küçə-bacadanBizi evimizə səsləyəndəQüssələnərdim.Düşünərdim, kaş, bitməyəydi gün,Çağırmayaydılar məni evə.Bakıda uşaqların küçəmizdəOynamaq sədasıGətirir xatirimə –Təbrizdə keçən o xoşbəxt günlərimi.
12.12.2008, Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/qulamrza-sebri-tebrizi-sevirem-usaqlari
Use ← → keys to move, R for a random poem