Zəhra bir lal-kar qadın idi,Gəlmişdi bizə qardaşlarım uşaqkən.Olmuşdu onlara ana kimimehriban nənə,Gəzdirərdi onları kürəyindəiş görəndə.Bu lal-kar qadında –dəniz tək məhəbbət,günəş tək enerji vardı.Yorulmazdı evdə, həyətdə işləməkdən,Anamı qoruyurdu hər çətin işdən.Onu tək buraxmırdı süfrə başındaTutmurdu üzünü heç kəsdən,Qoymazdı məniağır çamadan götürəm,Təmizlərdi libaslarımı hər gün.Anam baxırdı ona anası kimiYeməyinə, istirahətinə, səhhətinə.Bir gün anam dəyişdi dünyasınıBununla da dəyişildiZəhra nənəmizin dünyası.Qaldı bacılarımın evində,Deyirlər, yoruldu təklikdən,Rəhmətə getdi bir günBacımın zirzəmisində.Hələ də daşıyırıq hər birimizBu qayğıkeş qadınınMəhəbbətini ürəyimizdə.

14.12.2008, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets