Sallana-sallana gedən Salatın,Gəl belə sallanma, göz dəyər sənə,Al-yaşıl geyinib qarşıda durma,Yayın bəd nəzərdən, söz dəyər sənə.

Getmə, getmə görüm, kimin yarısan,Hansı bəxtəvərin vəfadarısan?Kölgədə bəslənmiş quzey qarısan,Səhərin yelləri tez dəyər sənə.

Qurbani der: heç kəs yarın öyməsin,Düymələ yaxanın çarpaz düyməsin,Dəstələ zülflərin, yerə dəyməsin,Yollar qubarlanar, toz dəyər sənə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love