İndi
Sən tərif etdiyin ol səmənd atın,Kəlləmənqo1 tutub yamandı indi.Nalı, mıxı düşüb, çox pis gündədi,Ayğıran bir ölü siçandı indi.
Arıx çıxıb qışdan, ayrılması yox,Noxtalanıb yerə çəkilməsi yox,Çoxdankı ölüdü, dirilməsi yox,Bir dəri, bir sümük, palandı indi.
Qarğa, quzğun edib cəmdəyin para,Üç mildən qalıbdı dişlər ağara,Umsuq etdin məni, qoydun avara,Dedim: yəqin bir şir, aslandı indi.
Yaş gönün duzlayıb satmışam pula,Əvvəlki qaydada düşmüşəm yola,Dedim ki, dostluqda etibar ola,Qoymusan könlümü bicandı indi.
Nə bilim, belə də nəfs olur məgər,Düş yola, gəzginən hər şamü-səhər,Qurbani, sevdiyin atdısa əgər,Söylə, at yerişli qurbandı indi!
Kitabxana.az · https://kitabxana.az/en/works/qurbani-indi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
İxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
SayılmazÇox da ki, nə yemsiz, nə də susuzdur,Aslan zooparkda aslan sayılmaz.
Dilbəra, dərdi-dilimdən belə ünvan etdimDilbəra, dərdi-dilimdən belə ünvan etdimKi, qəmi-hicrdə dil mülkünü viran etdim.