Ağlanmayan dərd də var;göz yaşından yuxarı.Nə bir kərə ah çəkir,nə səsini çıxarır.

Bir küncündə ürəyinkirimişcə uyuyur.Tüstülənir eləcə,nə sönür, nə soyuyur.

Yanından başılovluçaparaq dərdlər keçir.Dərd demə, atam oğlu,elə bil atlar keçir.

Çat-çat olub yarılırneçə yerdən ürək də.Qanlı ləpirlər qalıro dərdlərdən ürəkdə.

...Ağlanmayan dərd də var;bir damla yaşa həsrət.Quru-quruadamın axırına çıxan dərd...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets