Hara qaçırsan, ay adam,Bir dayan, nəfəsini dər.Çiçəklərin ətrini dər,Küləklərin hirsini dər.

Otur üstündə bir daşın,Bir az açılsın qırışın,Göydə də uçub gedən quşunYerdəki kölgəsini dər.

Gör dünya nə deyir sənə,Verib yeri-göyü sənə,Ay başını öz sinənə,Ürəyinin səsini dər.

...Sözüm ağlına batmasa,Dünya könlünə yatmasa,Əlin heç nəyə çatmasa,Bu dünyadan özünü dər...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets