Bir səhər yuxudan durub
Bir səhər yuxudan durubÖzünü uşaq görəsən.Görəsən hamı evdədi,Ölənləri sağ görəsən.
Qorxasan, qaçıb gedələr, -tez qapını bağlayasan.Geri dönüb içəridəbir təzə qonaq görəsən.
Görəsən ki, qapqaradıo qonaq başdan-ayağa.Ondan başqa hamısınınüst-başını ağ görəsən.
Pəncərədən içəriyədola, dola gün işığı.İçəridə boş-boşunayanan bir çıraq görəsən.
Söndürəsən o çırağı -hamı birdən yoxa çıxa.... Otaqda bir qara qələm,bir də, ağ varaq görəsən...
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-bir-seher-yuxudan-durub
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Duanəvisdə kəşfü kəramət axtarma,Buyur həmamə və lakin nəzafət axtarma!
VarmolaGecə-gündüz qaldım zülmət içində,Mən kimi zülmətdə qalan varmola?
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Bir bəhanə əldə ünvan etməli bundan soraBir bəhanə əldə ünvan etməli bundan soraBüsbütün məxluqə elan etməli bundan sora!