Lal
Lap yuxudan duran kimiyoruluram, ilahi.Tüstü kimi, duman kimilal oluram, ilahi.
İyrənirəmhər sözdən, hər kəlmədən,Lap balamın oxuduğunəğmədən.
Bir sözə dədaha dil bulaq istəmirəm,Yalquzağa dönsəm də,ulamaq istəmirəm.
Dadı qaçıb şerin-sözün,daha məni dinləndirən sözüm yox.Adamlarla danışmağa həvəsim,Allahla da danışmağa üzüm yox.
Ah çəkirəm, gülür ahım,bu "ah" mənə inanmır.Deyəsən, çoxdu günahım,Allah mənə inanmır.
Kim-kimə inanır axı?!Adam dərddən ölsə də,Ağlar gözdən öpən çətin tapıla.Lap mələklərgöydən uçub gəlsə də,Bir ovuc dən səpən çətin tapıla.
Mənim də bəxtimə bu vətən düşüb;havayı açılmır çiçəkləri də.Allahı yorulub, taqətdən düşüb,bir az şorgözləşib mələkləri də.
Susmuşam, tərpənməz bu dil, bu dodaq,mən daha lalam. lal -bu yer üzündə.Məni korlar görər dünyada ancaq,məni karlar qanar bu yer üzündə.
Məni səndən özgə kim dindirər, kim?! -İlahi, özümdən sənəcən lalam.Bir quş qanadında göndərəcəyinbir təzə məzhəbə, dinəcən lalam.
Mənə torpaq dili, daş dili öyrət,bəlkə öz qəbrimdə dillənə billəm.İlahi, sən mənə quş dili öyrət,uçmağı özüm də öyrənə billəm...
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-lal
Use ← → keys to move, R for a random poem
More by this author
Durub göy üzünə daş atan oğlan,göy üzü daş saxlamaz.
İlan balasıBöyüyür bu körpə ilan balası,gah o başa, gah bu başa sürünür.
Çiçəklər doğulur bu yaz gecəsiÇiçəklər doğulur bu yaz gecəsi,bu yaz gecəsində sevməyə nə var?!
HəsrətBir torpaq parçası qaçar dalıncaelə bil boyuma biçilib mənim.
Poems by other poets · Divine love
Hamı “Mən” deyəndə, Sən ümmət dedin,Qardaşlıq, dəyanət, sədaqət dedin.
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Oğul qeyrətiƏziz oğlumuz*Heydər Əliyevə ithaf*
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiyaMən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.