Çığırtı
Öz səsindən asılıbcavan-qoca çığırır.Ağıllısı-dəlisi,toxu-acı çığırır.Qəbirlərinağzını yırta-yırta,Ölülər çığırır torpağın altda. -yoxsa torpaq çığırır?!Çığırtımız gedib çatır Allaha,yuxuda səksənib Allah çığırır.
…Sən niyə susursan. atam balası,sən nəyi gözləyirsən?Qulaqlar batıran bu çığırtıdansəsini gizləyirsən.Bəlkə qorxursan ki, səsin ilişər,səsin düyün düşərbu çığırtıda.
Birdən bu dolaşıq səs düyünündənadam öz səsini ayıra bilməz.Hərdən pıçıltıyla yara-yoldaşadeyiləsi sözlər deyilə bilməz.
Demə, pıçıltıyla düşmən yıxılmaz,Demə, pıçıltıyla qala alınmaz....Çığıra-çığıra dua oxunmaz,Çığıra-çığıra layla çalınmaz...
Ay kimi, gün kimi batıram indisusan dodaqların pıçıltısına.Mən də öz səsimi qatıram indiəsən yarpaqların xışıltısına.
Çöldə kin bilməyən, acıq bilməyənquşların səsinə qatım səsimi.Füzulidən bəri üzü gülməyənbu qərib səsimi, yetim səsimi.
Bir az əllərimlə üzümü örtüm,Nəfəsim ovcumda isinsin bir az.Bir son yarpaq kimidodaqlarımdanQopan pıçiltım da isinsin bir az.
Nə çoxdu danışan...Susum bu axşam,Qoy barı bir söz də sabaha qalsın.Bu ocaq alova çıxmasın tamam.Qoy barı bir söz də sabaha qalsın.
Hamı çığırmaqdan doyanda bir gün,Batanda hamının səsi, ilahi,Əlim yana-yana gətirəcəyəmOvcumda o bircə sözü, ilahi.
Göz kimi közərən o pıçıltıdanhamı öz səsini alışdıracaq.Onda bir-birini dünyada bəlkəhamı pıçıltıyla danışdıracaq.
– O nə çığırtıydı, - deyəcək hamı, -nə yaxşı, eşidib kar olmamışıq.Nə yaxşı, dilimiz söz tutur, Allah,çığırıb-çığırıb lal olmamışıq...
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-cigirti
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
Eyki guyi şərəfi-nəfs be ədləstü be cudEyki guyi şərəfi-nəfs be ədləstü be cud**Ey ki guyi şərəfi-nəfs beədləstü becud,