"Kim nə miqdar olsa,əhlin eylər ol miqdar söz"M.Füzuli

Daş gərək bezməsin öz bərkliyindən,Bayquş da bezməsinöz təkliyindən.Tanrı özü yazıb yazılanları,ha pozmaq istəsən -bir xeyri yoxdu.Demə: "Balıq deyil su ilanları…",sevin ki, onların zəhəri yoxdu.

Hamı söz çıxarır sözün içindən,şair öz sözündən bezməsin gərək.Demə: "Göz dünyanı görmək üçündü…",kor da öz gözündən bezməsin gərək.

…Bu köhnə sözlərəkimdi o gülən?Hanı təzə sözün, atam balası?!Allah bu dünyadanbezmirsə hələ,Bəndə niyə bezsin, atam balası?

Daha dil dəyməyən bir söz qalmayıb;Nə təzə dərdim var,nə təzə sözüm.Demə: "Yaşamağa həvəs qalmayıb…",Mənim ölməyə dəyoxdu həvəsim.

Çoxları bəyənmir, yemir sözümü,nə çıxar un kimi söz ələməkdən?Burdan yamayırsan, ordan süzülür,əl çək bu dünyanı təzələməkdən.

Bu köhnə dünyadı; elə-beləcəgördüyün kimidi, özgə cür deyil.Hamı öz ömrünü alıb-verəcək,hamı al-verdədi,kim tacir deyil?!

Ana sevgisinə, ata gücünəhavayı aldığın ömrü baha sat.Aldanma heç kimə, satma heç kimə,satsan, öz ömrünü sən Allaha sat!..

Amma Allaha da satma sözünü,demə ki, satdığın varaqda sözdü.Allah necə alsın özü-özünü,Allahın CANI yox,Allah da SÖZDÜ!..

Nə çoxdu dik gəzibucuz söz satan,

Nə çoxdu yendirən ayağasözü.Sən özün tapdana-tapdana, atam,Necə çatdırmısan Allaha sözü?!

Allahı dünyayla barışdırmısan,qıraqda gəzməsin gözün Allahı.Dünyanı Allahla bölüşdürmüsən;Allahın qulusan,

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love