Kölgə düşür üzümüzə,Üzümüzdən kölgə düşür.Kölgə düşür sözümüzə,Sözümüzdən kölgə düşür.

Kölgə düşür aydan-gündən,Adamın öz kirpiyindən,Allah bilir, bizə kimdən,Kimə bizdən kölgə düşür.

Kölgəsinə baxa-baxa,Cana doyur adam daha,Öləndə də, bu torpağaKölgəsiylə birgə düşür.

Atamın xatirəsinə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets