Bayatı
Üç əsgər də qayıtmadıdüşərgəyə.Komandir neyləsin, bacım?..42-ci ildən qaçıbillərin meşəsindənkeçə-keçəAltmış səkkizinci iləgəlmək istəyirdilər:Zeynal əmim,Əvəz dayım,bir də poçtalyon İskəndər...
43-cü il bir söyüd ağacı idi.KölgəsindəƏvəz dayım uzanmışdı,gicgahında güllə yeri.Yavaşca keçdilərqırx üçüncü ilin yanından,budaqlarına ilişə-ilişə.ÇatdılarNar ağacı Qırx Başə.Üstü narla doluydu.Silkələdilər,bir nar düşdü
Zeynal əmimin ayağının altına;mərmi kimi partladı.
Qalan illəryolka ağaclarınabənzəyirdi.
Gördülər,yolka ağacı deyil,Ziba nənədi,
İskəndərinyolunu gözləyirdi.
Boynundan,qollarından,ayaqlarındanasılmışdı
İskəndərin cəbhə məktubları.
İskəndərməktublarıaçıb yığdı çantasına.
İstədiZiba nənəni qucaqlasın,gördü ağacı,yolka ağacı...
...Üç əsgər də qayıtmadıdüşərgəyə.Komandir neyləsin, bacım?!
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-bayati
Use ← → keys to move, R for a random poem