Gecə nağılı
Hər gecəəsgərlər keçər kəndimizdən;Keçərkəndimizin keçən davadaölən cavanlarısəssiz-səmirsiz...
...Təkcə xəstə Əliş görər onları,davadan başında qalan havadangecələr ağrıdan yata bilməyənxəstə Əliş,Onların dalıncayüyürüb-yüyürüb çata bilməyənxəstə Əliş.
Papiros istəyər onlardan Əliş,Papiros çəkəndəağrını bir azca unudan Əliş.Tənbəki bükərlər Alışdan ötrübir qəzet parçasına,bir məktub varağına,Tullayarlar yolun bir qırağına.Əliş papirosu götürər,çəkməz...
Əsgərlər, əsgərlər gedəndən sonra,Əsgərlər lap gözdən itəndən sonrayolun o başındangələr Ziba nənə,bu ilin qışında ölən Ziba nənə.
Soruşar:– Əsgərlər keçmədi ki?Əsgərlər içindəİskəndər keçmədi ki?!..
Əliş:– Yüyür - deyər, - bəlkə çatarsan.Qaçar Ziba nənə, yüyürər,çatmaz...
...Və beləcəƏliş ölənəcənhər gecəəsgərlər keçər kəndimizdənvə Ziba nənə gecikər,çatmaz əsgərlərə,çatmaz İskəndərə...
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-gece-nagili
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Məgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Çoban türküsüAçmasın çiçəklər, gülməsin güllər,Ötüşməsin şirin dilli bülbüllər,
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Eylər-eylərBir elə kişinin tut ətəyindən,Bil sənə imdadı ol eylər-eylər.