Hələ dünənəcən sənin balandım,bir dəcəl, dəlisov oğuldum, ana:Gündüzdən, gecədən,çöldən, küçədən,Düşmən tənəsindən,dost gileyindən,Neçə qız gözündən, qız ürəyindənsivrildim, sıyrıldım, soğruldum, ana.Təzədən qayıtdım öz əvvəlimə,bir qadın bətninə yığıldım, ana, -bətnində körpəmi gəzdirən qadın.

Bulanıq gözlərim duruldu birdən,birdən ürəyimin dibi göründü.Dünyanın yolları qırıldı birdən,boynumda taleyin ipi göründü.Ömrümü qab kimi saldım əlimdən,çox sınmayan şeylər sinəsi oldu.Bütün yollarımı aldın əlimdən,bütün yollarımın sonu sən oldun, -bətnində körpəmi gəzdirən qadın.

Bətnində körpəmi gəzdirən qadın,başımı dizinə qoyub ağlaram.Bu ötən ömrümün günahlarınıgözümün yaşıyla yuyub ağlaram.Ürəyim min yerdən min bir dərd çəkib,dərdimi-qəmimi boğa biləydin.Bu ötən ömrümün üstən xətt çəkib,kaş məni təzədən doğa biləydin, -bətnində körpəmi gəzdirən qadın!..Bəlkə, başqa adam olardım onda,bu dərdi özümdən qova bilərdim.Bəlkə sevinərdim, gülərdim onda,bəlkə, lap səni də sevə bilərdim.

...Bir yol varuzanar ölümə kimi;O yol səbrimdi mənim.Bətnində körpəmi gəzdirən qadın,Bətnin qəbrimdi mənim...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets