Bu nə dağdı, bu nə sürü
Bu nə dağdı, bu nə sürü,Sən bu dağda sürüyə bax.Ətdən əti, süddən südü,Papaq-papaq dəriyə bax.
Bu sürünün köpəyi yox,Bu çobanın köməyi yox,Çomağı yox, tütəyi yox,Görən deyər, dəliyə bax.
Sürü gedər aram-aram,Durub gendən çağıraram,Bəlkə elə canavaram,Çoban, bir dön geriyə bax!..
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-bu-ne-dagdi-bu-ne-suru
Use ← → keys to move, R for a random poem