V.Səmədoğluna

Bəlkə də mən canavardımDünyanın əzəl vaxtında.Hələ fərli dil açmayıbHər şeyin susan vaxtında.

Hər ağacı, kolu adsız,Qarışqası, fili adsız.Çox şeylərin hələ adsızDolanıb gəzən vaxtında.

Biriydi hamının baxtı,Yoxdu xoşbəxti, bədbəxti,Balıqların uçan vaxtı,Quşların üzən vaxtında.

Bəlkə söz də hədər idi,Hər nə vardı gözəl idi,Canavar da gözəl idiDünyanın gözəl vaxtında.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets