Bu sevgim, məzhəbim, dinim,Bu hirsim, qəzəbim, kinim.Cibimdəki bıçaq kimiİçimə qatlandım, atam.

Üstümdən illər ötüşdü,Gün döydü, yellər ötüşdü,İçimdə bişdim, yetişdim,İçimdə dadlandım, atam.

Hər gecə hörümçək kimiHördükçə hördüm qəbrimi,Öldüm, dirildim, qəbriminÜstündən atdandım, atam.

Bu dünya yem bilir məni;Yer üzü gəmirir məni,Göy üzü sümürür məni,Qoyma, qanadlandım, atam.

Mən nə çəkdim?.. Ağlım bilər,Dərdim bilər, ağrım bilər,Sən bilmədin, oğlum bilər;Mələkdim, şeytandım, atam?!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death