Bu oxuyan kimdi axı
Bu oxuyan kimdi axı?Səsi də yoxdu, oxuyur.Vecinə deyil, qar yağır,Hava soyuqdu, oxuyur.
Kimdi, kimin qardaşıdı?Bəlkə qəribdi, naşıdı?Bəlkə də, kefi yaxşıdı,Bəlkə də, toxdu, oxuyur.
Bəlkə lap dəlidi, dəli,Özündən yoxdu xəbəri,Bəlkə lap nə vaxtdan bəriÖzü də yoxdu... Oxuyur...
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-bu-oxuyan-kimdi-axi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Taxıl bitkiləri
Çəltik deyir:**Taxılların başıyam,
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
OlubdurBu dünya mülkündə, qədim zamanda,Neçə-neçə nahaq qanlar olubdur.
Cana, məhəbbət aləmi pürinqilab olurCana, məhəbbət aləmi pürinqilab olur,Əhli-məhəbbətin işi daim əzab olur.