Şerin-sözün axırına yetişdim
Bir qoca uşağam mən bu yaşımda,Bir dəli ağıl var hələ başımda, -Bircə mən çaşmadım hamı çaşanda,Hamı çaşmayanda mən çaşa bildim.
Dalımca çox qaçdı ölüm - çatmadı,Dedim: "Mənə bir çat görüm!" - çatmadı,Dünyada çox şeyə əlim çatmadı,Dərdin yekəsindən yapışa bildim.
Öz dərdimə, öz ağrıma yetişdim,Dünyanın son nağılına yetişdim,Şerin-sözün axırına yetişdim,Axır tikəsindən yapışa bildim...
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-serin-sozun-axirina-yetisdim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
SabirimMayın son günüdür, doğulduğun gün,Dağlar tül örpəkli, çiçəklər gülgün.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməEy gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
Nə qələm indiMən olmuşam dərdü qəmin barkəşi,Qəmdən tikdirmişəm nə qalam indi.