Gecəyə çarmıxa çəkilmiş adam
Mən bu gecənin altındaasfalt altında qalantorpaq kimiyəm.
Uzun-uzun ayaqlarım, əllərimhayandasa sürüşübbu gecənin altındançıxar qırağa.
Gözlərim - asfaltın altında.Ürəyim - asfaltın altında.
...Bu gecənin altındansürüşüb çıxan əllərimbir-birindən aralı,bir-birini görməz.
Kimsə zəncir doladısağ əlimin biləyinə.Eşidirəməlində zəncirin o biri ucuSol əlimiaxtara-axtara gedən adamın
ürəyimin üstündən keçənaddımlarının səsini...
...Bu gecənin altındansürüşüb çıxan ayaqlarımbir-birindən aralı,bir-birini görməz.
Kimsə sağ ayağımınbarmaqlarını doğrayırəlində balta.Sağ ayağımdan uzaqdakimsə sol ayağımakeçirmək istəyirbir uşaq çəkməsini...
Mən bu gecənin altındaasfalt altında qalantorpaq kimiyəm.Üstümdən maşınlar keçir,təkərlər didir köksümü.Kaş ki, çırpına biləydim,Üstümdən şütüyən o maşınlarıbir-birinə çırpa biləydim, Allah!..
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-geceye-carmixa-cekilmis-adam
Use ← → keys to move, R for a random poem