Günah içində
Sergey Yeseninə
Bükülüb kəfəntək ağ varaqlara,Tabuttək qapqara kitab içində;Bütün şeirlərim qan içindədi,Bütün şeirlərim günah içində.
Dünya qaranlıqdı, hava ayazdı,Mən bura gəlmirdim, yolumu azdım,İlahi, öləndə sən məni basdırBir isti, işıqlı çıraq içində.
Getdi, daha dost da, tanış da getdi,Ən son papiros da alışdı-getdi,Ruhum tüstüsünə qarışdı-getdi,Ürəyim boğuldu araq içində.
Bu gecə dünyanın canı çıxacaq,Göydən ulduzların qanı axacaq,Qorxuram ölmüşəm... gözlərim ancaqHələ də boylanır maraq içində...
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-gunah-icinde
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Ölümlə üz-üzə durduğum anlarBilirəm Lalənin ürəyi mənsizBuludlu göy kimi tutqun olacaq.
Qozqara kötüyü ilə deyişməA ş ı q Ə l ə s g ə rArpadan, buğdadan çıxmışdı əlim,
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,