Bulaşıb dimdiyi nəğməylə, qanla,Ayrılır Allahın verdiyi canla,Bir durna oxuyur -nə deyir görən?Gileydən yoğrulub nəğməsi, sözü:"Bir durna teliyçinduma öldürənİgid Eyvazım da küsdürüb bizi.Yeddi min ox atdıyeddi min dəli,Hər oxun ağrısı, əzabı qaldı.O şiş papaqlardadumanın teli,Şişlərdə durnanın kababı qaldı.Bu dərdə söz qoşdu əli sazlılar,Silib gözlərini biləkləriylə -Uçan durnalaraşeir yazdılarÖlən durnalarınlələkləriylə..."

Titrəyir bir sazın qırılan simi,Bir durna oxuyur -can verir, nədi?!

Hecası pozulan misralar kimiDurna qatarları uzanıb gedir.Gedir -arxasınca yerə qar düşür,Düşür -dünyamıza soyuqlar düşür.

Düşür şerimə də bu qışın qarı,Misralar sığınır biri-birinə.Köçür şerimizin durna qatarıVidadi şerinə, Vaqif şerinə.Köçür -arxasınca yerə qar düşür,Düşür -şerimizə soyuqlar düşür...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets