Nəğmə qırğını ili
Federiko Qarsia Lorkaya
Kimin xatırındadınəğmə qırğını ili?Nəğmələri öldürürdülər.Nəğmələrşairlərin qapısınıdöyürdülər:– Açın!Gizlənək...Qapını açan oldu,Nəğməsiylə bir vurulduqapısı ağzında.Kimisi də bağladıqapını bərk-bərk,Otağın bir küncünəqısıhb gizlənərək.Nəğməsi öldürüldüqapısı ağzında,Beş cüt qanlı barmağınizi qaldı qapısında.
Nəğmələri dəfn etmədilər.Qarğalar dimdiklədiölü nəğmələri.
Və... sayı artdı bülbüllərin.Nə bir səs, nə hənirti...Boğazından asılmışgitaralarküləkdə yellənirdi.Sonra bir qoca gəzdidünyanınqanlı torpaqlarını,Örtdü ölü nəğmələrinaçıq göz qapaqlarını...
Kimin xatırındadınəğmə qırğını ili?!Təzə-təzə vərəqlərə sarındınəğmələrin köhnə yaraları,Bağrımıza basmışıq sınıq gitaraları;torpaq ətri qoxuyuruq.Nəğmə qırğınında ölənnəğmələri oxuyuruq...
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-negme-qirgini-ili
Use ← → keys to move, R for a random poem