Bir nəğmə toxumu basdırdım yerə,becərdim,cücərdi,ucaldı nəğməm,Qalxdı qol-budaqlı bir ağac kimi.O ağacın kölgəsində uzandım.yatdım, getdim yuxuya.

Bir toxum da basdırdılar sağımda,solumda da basdırdılar birini.Oyandım,böyrümdə bir meşə gördüm;Nəğmələrin kölgəsindəşairlər yatmışdılar.Yenə yatdım,yenə getdim yuxuya...

Sancıldı yuxuma balta səsləri,doğrandı, doğrandı, doğrandı yuxum,qıvrıldı, qovruldu, bağlandı yuxum.Bağlandı -yuxumun qaldım içində.

...Gözümü açanda meşə yoxuydu,kötük-kötük qaralırdınəğmələr.Şairlər oturmuşdularkötüklərin üstündə.Mən də qalxdım,nəğməmin kötüyündə oturdum.Oturduq eləcə,susduq eləcə...

...Yoldan keçən,dindirmə,qan ağlarıq!...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets