Verdiyini kəsir hərə
Verdiyini kəsir hərə,Bu ondan, o bundan kəsir.Üzümüzə gülə-güləHamı əl altından kəsir.
Kəsir qardaş-qardaşından,Yağan bulud -yağışından,Ağlayan göz -göz yaşından,Ağız da, dadından kəsir.
Hərə bir cür ölçüb-biçir,Nə çoxdu oğrusu, bici,Hamı Allaha and içir,Allahın adından kəsir.
...Allah kəsir verdiyindən;Dən düşür quş dimdiyindən,Gülün-çiçəyin iyindən,Ocağın odundan kəsir.
Xanımların qaş-gözündən,Kiminsə bol süfrəsindən,Kiminsə son nəfəsindən;Axır saatından kəsir...
Natiqin xatirəsinə
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-verdiyini-kesir-here
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
سخن چون شد به معصومان حوالتملک پرسیدش از تاج رسالت
Cana, üzündəki o iki mahitabə bax!Cana, üzündəki o iki mahitabə bax!Qəlbimdəki bu dərdə, qəmə, iztirabə bax!
Allahın nemətləriGözün aç, Möcüza, qıl bir nəzər əltaf yəzdanə,Tamam etmiş xuda nemətlərin biz əhli-İrəna.
İncizablarımVəhy ilə səmadan enmədir Quran.Quranla pestidən yüksəlir insan.