Hamı vaxtından tez ölür
Hamı vaxtından tez ölür,Bir il, bir ay, bir həftə.Harda olsan ölüm görür;Hədəfdəsən, hədəfdə.
Harda olsan ölüm görür;İclasda, toyda, yasda.Hər gün sənə yaxın gəlir,Addım-addım, bir az da.
Bu günəcən çox qapıdanQoşa girdiz ölümlə.Gizlənpaç oynayır adamGecə-cündüz ölümlə.
Hamı vaxtından tez ölür;Bir ay, bir gün, bir saat.Bacarırsan, azdır görüm,Aldat, ölümü, aldat.
Dost-tanışın arasındaGizlən onun gözündən.
Harda səni yaxalasa,Hirslənib çıx özündən.
Çıx özündən, - qoy eləcəƏliboş qalsın ölüm.Yenə düşüb küçə-küçəSəni axtarsın ölüm.
...Hamı vaxtından tez ölür;Lap bir saat, bircə an.Yuxuya da ölüm girir,Nə yatmısan?.. Qalx! Oyan!..
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-hami-vaxtindan-tez-olur
Use ← → keys to move, R for a random poem